“METAK” şirkəti isitmə və havalandırma sahəsində dünyanın ən böyük üç sərgisindən biri kimi tanınan, İstanbul şəhərində keçirilən “ISK SODEX” beynəlxalq sərgisində iştirak edib.
“ISK SODEX” beynəlxalq sərgisi hər iki ildən bir keçirilir. Bu il sərgiyə 19 ölkədən 1000-dən çox şirkət qatılıb. Sərgi 120 000 kvadratmetr ərazidə baş tutub və dünyanın müxtəlif yerlərindən 150 000-dən çox iş adamı sərgini ziyarət edib.
Ölkəmizdən ilk dəfə “METAK” şirkəti olaraq bu il iştirakçılar arasında bizdə olduq. Şirkətimizin sərgiyə qatılmaqda əsas məqsədi xüsusilə MDB və Şərq ölkələrinə ixracatı artırmaq olub. Bu sahə üzrə istehsalda dünya lideri olan Türkiyədən belə şirkətimizin istehsal etdiyi məhsullara çox ciddi maraq göstərilib.
Şirkətimiz “Made in Azerbaijan” brendini sərgidə layiqincə təmsil edib. Əsas məqamlardan biri də istər qardaş ölkə Türkiyədən, istərsə də digər türkdilli ölkələrdən iştirakımızla bağlı isti münasibət görməyimizdir.
Sərgidə istehsal etdiyimiz plastik borular və digər məhsulların ixracatı ilə bağlı MDB və Şərq ölkələrindən müsbət rəylər və çoxsaylı əməkdaşlıq təklifləri gəlib. Şirkətimiz üçün yeni həmkarlarla iş birliyinə böyük imkanlar yaranıb.
Qeyd edək ki, “METAK” şirkəti Azərbaycanın tikinti məhsulları istehsalı bazarında 27 ildir ki, fəaliyyət göstərir.