"Proxima Tech Solutions" tərəfindən ölkəmizdə ilk dəfə təqdim edilən "Microsoft ExpressRoute" ənənəvi internet bağlantılarından fərqli olaraq, məlumat ötürülməsini qapalı və sabit kanal üzərindən təmin edir. Bu yanaşma dövlət qurumları, maliyyə sektoru və iri bizneslər üçün kritik əhəmiyyət daşıyır, çünki məlumat axınına əlavə təhlükəsizlik, daha az gecikmə və yüksək etibarlılıq təmin edir. Xidmət birbaşa "Microsoft Azure"un "Frankfurt (DE)" məlumat mərkəzinə qoşulma imkanı təqdim edir. Layihə "AzerTelecom" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanın bulud xidmətlərinə sabit və təhlükəsiz beynəlxalq çıxış imkanı yaradır.
Xidmətin əsas faydaları:
- Sabit və yüksək sürət - "Microsoft"un bulud xidmətlərinə təhlükəsiz və dayanıqlı qoşulma,
- Aşağı gecikmə - ənənəvi VPN bağlantılarına alternativ olaraq daha az gecikmə,
- Birbaşa bulud girişi - "Microsoft"un bulud xidmətlərinin tam portfelinə birbaşa çıxış,
- Maksimum təhlükəsizlik - "end-to-end" şifrələmə və ictimai internetdən tam təcrid olunmuş infrastruktur.
Bu imkanlar sayəsində Azərbaycan şirkətləri və qurumları rəqəmsal xidmətlərini qlobal standartlara uyğun şəkildə daha çevik, sabit və təhlükəsiz formada idarə edə biləcəklər. Xüsusilə bulud texnologiyalarına keçid edən müəssisələr üçün "ExpressRoute" həm məhsuldarlığı artırır, həm də uzunmüddətli perspektivdə rəqəmsal transformasiyanın etibarlı təməli kimi çıxış edir.
"Proxima Tech"in təsisçisi Tahir Gözel həmçinin Qarabağ Futbol Klubunun prezidentidir.
"Proxima Tech Solutions" yalnız beynəlxalq texnologiyaların ölkəyə gətirilməsi ilə kifayətlənmir, həm də süni intellekt sahəsində lokal həllər, kibertəhlükəsizlik infrastrukturu və rəqəmsal müstəqilliyin gücləndirilməsi istiqamətində layihələr həyata keçirir. "Qarabağ" komandası futbol sahəsində Azərbaycanı dünya arenasında necə təmsil edirsə, "Proxima Tech Solutions" da eyni qürurla ölkəmizi texnologiya sahəsində dünyada təmsil etməyi qarşıya məqsəd qoyur", - deyə o qeyd edib.