Bu gündən Azərbaycanda avtomobil sifarişi üçün texnoloji cəhətdən inkişaf etmiş yeni onlayn xidmət - “Uklon” istifadəyə verilib. Xidmət “Umico Bonus” loyallıq proqramı ilə strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilir.
Həm sərnişinlərin, həm də sürücülərin istifadə rahatlığını təmin etmək üçün “Uklon” şirkəti iki mobil tətbiqini təklif edir. Sərnişinlər “Uklon”, sürücülər isə “Uklon Driver” tətbiqindən yararlanacaqlar.
“Uklon” mobil tətbiqi “Umico” bonus kartı ilə inteqrasiya olunub. Toplanılan “Umico” bonusları ilə gedişlərin ödənişlərini etmək mümkündür. Sərnişinlər nağd və ya kart vasitəsilə ödəniş etdikdə isə növbəti gediş üçün keşbek bonuslar qazanacaqlar.
“Uklon” Azərbaycandakı alternativlərindən fərqli olaraq istifadəçiləri bır sıra üstünlüklərlə təmin edir.
- “Umico” bonusları ilə ödəniş etmək;
- Gedişin qiymətini tənzimləmək.
Xüsusilə vurğulayaq ki, “Uklon” istifadəçiləri - həm sürücülər, həm də sərnişinlər gedişdən öncə səfərin son qiymətini biləcək və bu qiymət dəyişməyəcək.
Bundan əlavə, Uklon ilə ilk üç gedişə 35%-ə qədər endirim veriləcək.
Həmçinin, ilk gedişdə 4 AZN-dən çox olmamaq şərti ilə 100%-ə qədər keşbek “Umico” bonusları ilə geri qaytarılacaq.
Xatırladaq ki, “Umico” Azərbaycanda aktiv şəkildə inkişaf edən və ölkədə innovativ rəqəmsal ekosistem qurmağa çalışan nüfuzlu onlayn platformadır. Hazırda “Umico” bazar və loyallıq sistemini birləşdirən, gəlirli alış-verişlər üçün kompleks tətbiqdir.
Azərbaycanda “Umico” ilə tərəfdaşlığa başlayan “Uklon” Ukraynanın müasir onlayn avtomobil sifarişi xidməti təqdim edən İT şirkətidir.
Xidmətlərimiz haqqında daha çox məlumat almaq və bizi daha yaxından tanımaq üçün: https://uklonapp.onelink.me/Ptvs/dqzgumqe