Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanın İKT şirkəti AVICOM MMC “Huawei”in Yaxın Şərq və Mərkəzi Asiyada ilin tərəfdaşı oldu - FOTO
Almatı, Qazaxıstan, 5-7 iyun 2023-cü il - “Huawei” Qazaxıstanda rəqəmsallaşmanın sonsuz imkanlarını araşdırmaq üçün Yaxın Şərq və Mərkəzi Asiya (NE və CA) regionlarının İKT liderlərini bir araya gətirən ilk regional Tərəfdaş Sammitini keçirdi.
“Huawei” Yaxın Şərq regionunu bu yaxınlarda Mərkəzi Asiyanı da əhatə edəcək şəkildə genişləndirdi. “ME&CA”nın ilk tərəfdaş sammiti 5-7 iyun tarixlərində Qazaxıstanın Almatı şəhərində illik “Tech Carnival” flaqman tədbiri çərçivəsində baş tutdu.
Yaxın Şərq və Mərkəzi Asiyada “Birgə inkişaf et, gələcəyə qalib gəl” şüarı altında keçirilən “Huawei” Tərəfdaş Sammitində “Huawei”nin əsas müəssisə rəhbərləri ən son məhsullar və texnologiyalar, daha geniş sənaye meyilləri və regional tərəfdaşlarla bağlı biznes perspektivləri haqqında fikirlərini bölüşüblər.
Tədbirdə “Huawei” Mərkəzi Asiya regionunda həm özəl, həm də dövlət təşkilatlarına İKT xidmətləri və həlləri təqdim edən, baş ofisi Azərbaycanda yerləşən aparıcı İKT provayderlərindən biri olan AVICOM İKT şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqavilənin məqsədi yeni texnologiyaların nümayişi, sınaqdan keçirilməsi və öyrənilməsi üçün Bakıda İnnovasiya Təcrübəsi və Tədris Mərkəzinin yaradılmasıdır. İmzalanma mərasimi “Huawei Azerbaijan” şirkətinin baş direktoru David Hu və AVICOM MMC-nin həmtəsisçisi Yalçın Nəhmətov arasında keçirilib.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən AVICOM MMC informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun, təhlükəsiz və ağıllı şəhərlərin təchizatçısıdır. Şirkətin 130-dan artıq peşəkar mühəndis və İKT xidmətləri göstərən əməkdaşı var. AVICOM MMC “Hikvision”un milli distribütoru və “Huawei”in qızıl tərəfdaşıdır. AVICOM MMC həmçinin İKT xidmətləri sahəsində 10-dan çox qlobal İKT şirkəti ilə sıx əməkdaşlıq edir.
Yeni İnnovasiya, Təcrübə və Tədris Mərkəzi ölkəmizdə yerli İKT mütəxəssislərinin yetişdirilməsinə, bilik və bacarıqlarının daha da yüksəldilməsinə xidmət edəcək.