Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Azercell" "Azərbaycan Biznes Keys Müsabiqəsi 2025"ə dəstək verir
"Azercell"in dəstəyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes müsabiqələrindən biri olan "Azərbaycan Biznes Keys Müsabiqəsi 2025"ə ("Azerbaijan Business Case Competition" ABCC) start verilib. "Harvard Business Review"nun real biznes problemlərinə əsaslanan tapşırıqlarının həlli üzərində qurulan müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
Müsabiqəyə ümumilikdə 107 komanda müraciəti qeydə alınıb, onlardan 91 komanda müsahibə mərhələsində iştirak edib, 26 komanda isə növbəti mərhələyə vəsiqə qazanıb. Yarışda Azərbaycanın aparıcı universitetlərinin iki, üç və dördüncü kurs bakalavr və magistr tələbələri iştirak edəcəklər.
Müsabiqənin "Sessiyalar" (ABCC Sessions) mərhələsi çərçivəsində iştirakçılar üçün biznes analitikası və təqdimat bacarıqlarının gücləndirilməsinə yönəlik təlimlər təşkil olunub.
15 mart tarixində ADA Universitetində layihənin sınaq təqdimatları (Mock Round), 5 Aprel tarixində isə yarımfinal və final mərhələləri keçiriləcək. Final turunda qalib adını qazanmış ilk üç komanda müvafiq olaraq 8 000, 4 000 və 2 000 AZN mükafata layiq görüləcək.
"Azercell Telekom" teqi üzrə xəbərlər
- "Azercell" məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib
- "Azercell" mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir
- "HONOR Magic7 Pro" smartfonu artıq satışda
- "Azercell"in eksklüziv 100 seriyalı nömrələri artıq satışda
- "Akart" və "Solong" Beynəlxalq Qadınlar Günündə elektron musiqi həvəskarlarını bir araya gətirir