“Azercell Telekom” Azərbaycan Respublikasına səfər edən turist və əcnəbi vətəndaşlar üçün yeni yaradılmış tarifləri istifadəyə verir. Xüsusi və unikal təklif çərçivəsində ölkəmizin qonaqları üç tarif paketdən birini seçib pulsuz nömrə əldə edəcəklər: “Turist Paketi Xoş Gəldin”, “Turist Paketi Super”, “Turist Paketi Maks”. Qiyməti 39 AZN-dən başlayan tarif paketlərinə ölkədaxili və beynəlxalq dəqiqələr, internetlə yanaşı, sosial şəbəkələr üçün əlavə internet trafik də daxildir.

Hər üç tarif paketdə təqdim olunan sosial şəbəkələr üçün internet trafik “WhatsApp”, “Facebook”, “Instagram”, “Snapchat” və “TikTok” tətbiqlərində istifadə oluna bilər.
Paketlərə “Azercell”in satış və xidmət mərkəzlərində qoşulmaq mümkündür.
Tariflər barədə ətraflı məlumatı https://bit.ly/tourist-pack ünvanında əldə etmək olar.