Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Azercell Könüllüləri" bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi
"Azercell Könüllüləri" Novruz və Ramazan bayramları münasibətilə ənənəvi xeyriyyə yarmarkasını həyata keçiriblər. Yarmarka çərçivəsində əldə olunan vəsaitlər sayəsində könüllülər Bakı və ətraf qəsəbələr, Sumqayıt, Goranboy, İsmayıllı, Qəbələ, Lənkəran, Gəncə, Ağdaş və Ağcabədidə yaşayan 120-dən çox ailəyə bayram sevinci yaşadıblar.
Builki təşəbbüsə "Azercell Telekom" MMC-nin əməkdaşları ilə yanaşı "Aztelekom" MMC-nin əməkdaşları da qoşulublar. Ailələrin siyahısını yerli icra hakimiyyətləri və "Zəfər" İB təqdim edib.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən "Azercell Könüllüləri" təşəbbüsü mütəmadi şəkildə xeyriyyə aksiyaları təşkil edir.
Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/
"Azercell Telekom" teqi üzrə xəbərlər
- Magistratura imtahanının nəticələri elan olundu
- "Azercell"in eksklüziv tərəfdaşlığı ilə "Bakı Marafonu 2025" baş tutdu
- "Azercell" və ADA Universiteti Fondunun tərəfdaşlığı ilə akademiya-sənaye görüşü keçirilib
- "Bakı Marafonu 2025": Emosiyalarla dolu yarış - Maraqlı anların FOTOLARI
- "Azercell" "ADA Employability Week 2025" təşəbbüsünə qatılıb