“Azercell Telekom”un dəstəyi və “Train Brain” mərkəzinin təşkilatçılığı ilə NASA-nın dünya səviyyəli müsabiqəsinin final mərhələsinə yüksələn məktəblilər Vətənə xüsusi mükafatla geri dönüblər. ABŞ-nin Hyuston şəhərində FRC (First Robotic Competition) müsabiqəsinin dünya çempionatında təqdim etdiyi sosial layihələrə görə Azərbaycanı təmsil edən məktəblilərdən ibarət komanda “Rookie Inspiration” mükafatına layiq görülüb. “Mechack #9030” dörd gün davam edən final yarışında dünyanın fərqli ölkələrindən 20 illik təcrübəsi olan komandalarla mübarizə aparıb.
Xatırladaq ki, 14-18 yaş arasında olan 22 gəncdən ibarət yığma bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edib və nəticələrə əsasən elə ilk cəhddən final mərhələyə çıxıblar. Müsabiqədə iştirakçılardan ciddi qaydalar, məhdud vaxt və resurslar çərçivəsində robototexnika proqramları vasitəsilə komanda brendinin yaradılması, sənaye ölçülü robotların qurulması və proqramlaşdırılması tələb olunurdu.
“Azercell” komandamızı təbrik edir, gənclərə robototexnika, texnologiya səhələrində inkişaf və nailiyyətlər arzu edir.