Müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş abidənin açılışı olub.
Bu barədə “Azərkontrakt” ASC məlumat yayıb.
Açılışda qurumun idarə heyəti və əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərkontrakt” ASC) Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsus olmaqla keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 dekabr tarixli 513 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” ASC-yə həvalə edilmişdir.