Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Onun sarsılmaz iradəsi və zəngin dövlətçilik təcrübəsi nəticəsində ölkəmiz çətin günlərin girdabından çıxaraq daha da inkişaf edən və dünya güclərinin də hesablaşdığı qüdrətli dövlətə çevrilə bildi.
“Azərkontrakt” Səhmdar Cəmiyyətinin əməkdaşları müasir Azərbaycanımızın memarı və qurucusunun xatirəsinə hörmət və ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Onlar əminliklə qeyd ediblər ki, Heydər Əliyevin əsasını qoyduğu qətiyyətli siyasət, zəngin və çoxşaxəli irsi, mütərəqqi ideyaları bundan sonra da Azərbaycanı daim irəliyə, yeni nailiyyətlərə və qələbələrə aparacaq.