Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC 2024-cü il üzrə maliyyə hesabatını təqdim edib.
2024-cü ildə "Azərlotereya" ASC-nin satışdan gəlirləri 327.58 milyon manat təşkil edib.
Bununla yanaşı, şirkətin xalis mənfəəti 61.8 milyon manat təşkil edib.
2024-cü il ərzində şirkət 14.3 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 30.3 milyon manatdan 44.6 milyon manata yüksəldib. O cümlədən, "Azərlotereya" ASC-nin 2024-cü ilin sonu cəmi aktivləri 115 milyon manat təşkil edib. Şirkətin 2023-cü ilin sonunda cəmi aktivləri 96.7 milyon manat olub.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin cəmi kapitalı 32 faiz artaraq, 38.8 milyon manata çatıb.
"Azərlotereya" ASC 2024-cü il hesabat dövrünə aid 92.4 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 70.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2023-ci ildə bu göstərici 63.2 milyon manat olub. Hesabatla daha ətraflı "Azərlotereya" ASC-nin saytından tanış ola bilərsiniz.
