Ötən gün Bakıda elektromobil həvəskarları üçün möhtəşəm təqdimat mərasimi baş tutdu.
Oxu.Az xəbər verir ki, avtomobil satışı və texniki xidməti sahəsində 20 illik təcrübəyə malik peşəkarlar tərəfindən təsis edilən “ONVOLT” MMC Çinin premium elektromobil brendləri arasında dinamik inkişafı ilə seçilən “SKYWELL” brendinin yeni “SKYWELL ET5” modelini təqdim etdi.
Azərbaycanda ilk və eksklüziv rəsmi elektromobil idxalçısı olan “ONVOLT” şirkəti eyni zamanda ilk dəfə olaraq yalnız elektrik avtomobili satışı həyata keçirən satış-sərgi salonunu da müştərilərin istifadəsinə verdi.
Tədbirdə “SKYWELL” konserninin regional satış direktoru Çen Quanrong, Çinin Nanjing İqtisadi Zonasının nümayəndəsi Çen Kay və Çin Xalq Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinin müşaviri cənab Ma Çi iştirak edirdilər.
Açılış mərasimindən əvvəl şirkətin baş direktoru Həsən İsmayılov və direktor müavini Nəzmi İsmayılov media nümayəndələrinə və qonaqlara satış salonunun özəllikləri və “SKYWELL ET5” avtomobili haqqında əhatəli məlumat verib. O, bu elektromobili digərlərindən fərqləndirən xüsusiyyətlər, eləcə də elektromobillərin faydaları haqqında danışıb.
H.İsmayılov bildirib ki, bu avtomobil tam dolu batareya ilə 520 km məsafəni qət edir. Eyni zamanda şirkətin baş direktoru elektromobillərin atmosferə təsirindən bəhs edib:
“Avtomobillərdən ixrac olunan qazlar atmosferi ağlasığmaz dərəcədə çirkləndirir. Təsəvvür edin ki, Azərbaycandakı avtomobillərin 50 faizi elektromobillərlə əvəzlənsə, bu, atmosferə nə qədər müsbət təsir edəcək? Bu avtomobillər eyni zamanda sahiblərinin xərclərinə qənaət etməyə də imkan verir. Elektromobil idarə edirsinizsə, mühərrik və sürət qutusunun yağını müəyyən müddətdən bir dəyişməyə ehtiyac qalmaz”.
Daha sonra jurnalistlərin suallarını cavablandıran şirkət rəsmiləri qeyd etdilər ki, Azərbaycanda “SKYWELL” avtomobillərinə texniki xidmət “Motor House” texniki xidmət mərkəzində həyata keçirilir. “Motor House” TXM öz texniki imkanları və müasir texnoloji təchizatına, eyni zamanda sahəsinə görə Azərbaycanın ən böyük texniki xidmət mərkəzidir. Burada elektrik avtomobillərinə texniki xidmət göstərmək üçün xüsusi təlim keçmiş peşəkar ustalar və müasir avadanlıqlarla təchiz olunmuş xüsusi xidmət sahəsi mövcuddur. “ONVOLT” şirkəti tərəfindən “SKYWELL” avtomobillərinə hər növ texniki xidmət göstərilməsi üçün böyük ehtiyat hissələri anbarı təşkil edilmişdir. Bütün bunlar “SKYWELL” avtomobillərinin sahiblərinə yüksək səviyyəli xidmət göstərilməsinə zəmanət verir.
Təqdim edilən “SKYWELL ET5” avtomobili, müasir lüks avtomobillərə məxsus bütün konfiqurasiyalar ilə tam təchiz olunmuşdur. Azərbaycana “ONVOLT” MMC tərəfindən gətirilən “SKYWELL ET5” avtomobilləri Avropa ölkələrinə ixrac üçün nəzərdə tutulmuş variantdadır və Avropa standartlarına tam cavab verir. SUV seqmentinə aid “SKYWELL ET5” avtomobili 204 at gücünə malikdir. Avtomobilin batareyası 30 dəqiqə ərzində 70% enerji toplaya bilir.
Təsadüfi deyil ki, “SKYWELL ET5” avtomobili 2022-ci ildə Türkiyədə “ilin elektrik avtomobili” nominasiyasının qalibi seçilmişdir.
Xatırladaq ki, Türkiyədə, İsraildə, Avropada və Amerikada satışa çıxarıldığı ilk gündən “SKYWELL ET5” avtomobili alıcıların xüsusi rəğbətini qazanmışdır.
Təqdim edilən avtomobil və satış-sərgi salonu qonaqlar və media nümayəndələri tərəfindən böyük maraqla qarşılandı.
Avtomobillərə 5 il və ya 150 000 km, batareyasına isə 8 il zəmanət verilir. Avtomobil müştərilərə beş ilədək müddətə, sərfəli kredit şərtləri ilə təklif olunur.
“SKYWELL ET5” avtomobillərinin satış və sərgi salonu Ceyhun Hacıbəyli 194 ünvanında yerləşir. Əlavə məlumat almaq və sınaq yürüşünə yazılmaq üçün (+994 12) 440 00 07 və (+994 99) 440 00 07 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.