“Gaming League Azerbaijan” ilk dəfə “Wild Rift” turnirinin təşkilatçılığını uğurla başa vurub.
Ümumilikdə 12 komandadan ibarət turnirdə komandalar 2 qrupda mübarizə aparıb.
“Round Robbin” sistemi üzrə yarışan komandalar bir-biri ilə bir dəfə qarşılaşıb. Qələbə sayına görə hər qrupda ilk dörd yeri tutan komandalar pley-offa vəsiqə qazanıb.
Üçüncülük uğrunda görüşdə “Radio Active” “Ready2Die” kollektivinə 1-2 hesabı ilə uduzub. Finalda isə “Secret X” “001AZE” komandasını məğlub etməklə (2-0) yarışın qalibi olub.
Qeyd edək ki, “Wild Rift” yarışı “Gaming League Azerbaijan” bu idman növü üzrə ilk turnir idi.
Qeyd edək ki, Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.