Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Baku Medical Plaza" 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə internat evində
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Baku Medical Plaza" Klinikalar şəbəkəsinin rəhbər heyəti və həkim personalı Şağan qəsəbəsində yerləşən 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində olublar.
Ziyarət çərçivəsində "Baku Medical Plaza Mərkəz" filialının pediatr-neontoloqu İlkanə Tanrıverdiyeva və "Medilux" filialının klinik-psixoloqu Vüsalə Əmirova tərəfindən ümumi müayinələr həyata keçirilib.
Həmçinin 30-dan çox uşağın ümumi analizinin təhlil edilməsi üçün yerində xidmət göstərilib.
Daha sonra "Baku Medical Plaza" kollektivinin iştirakı ilə internatın 150-ə yaxın azyaşlı sakini üçün əyləncəli proqram təşkil edilib.
Hər zaman bu qəbildən olan Korporativ Sosial Məsuliyyətyönümlü tədbirlərin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan insanlara yönəltmək, onlara istiqamətlənən dəstək tədbirlərinin əhatəsinin genişləndirilməsinə nail olmaqdır.
Xatırladaq ki, "Baku Medical Plaza" 2012-ci ildən fəaliyyət göstərir. Hazırda "Babək", "Mərkəz" və "Medilux" filialları vətəndaşlara qüsursuz xidməti ilə seçilir.