“Bank BTB” 2021-ci ilin üçüncü rübünü 1 173,54 min manat xalis mənfəətlə başa vurub.
Bankın maliyyə göstəricilərinə əsasən qeyd edək ki, üçüncü rüb üzrə cəmi aktivlər 363 502,91 min manat olub. Müxtəlif növ kredit məhsulları təqdim edən “Bank BTB” ASC-nin həmin dövr ərzində kredit portfeli 257 077,19 min manat təşkil edib, bu isə ötən ilin həmin dövrü ilə müqayisədə 18 % artım deməkdir.
Fiziki şəxslərin müddətli depozit portfelində də artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə depozit portfelinin həcmi 42 % artaraq 127 831,75 min manat təşkil edib.
Həmçinin, bankın cari rüb üzrə faiz gəlirləri 18 870,18 min manat, faiz xərcləri isə 11 500,14 min manat olub. Qeyd edilən dövrdə qeyri-faiz gəlirləri 3 524,51 min manat, qeyri-faiz xərcləri isə 10 832,25 min manat təşkil edib.
Müştəri portfelini genişləndirən “Bank BTB” cari dövr ərzində fiziki şəxs müştərilərinin sayında 10 %, hüquqi şəxs müştərilərinin sayında 8 %, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 31 % artıma nail olub.
Qeyd edək ki, “Bank BTB” 2010-cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Bank müştəri məmnunluğunu hər zaman üstün tutaraq yüksək keyfiyyətli xidmət göstərməyə davam edir.
Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.