“Bank BTB” yeni “Fərqli payız” kampaniyasına start verib! Bank, müştərilərin gündəlik ehtiyaclarını ödəməyə 30 000 AZN-dək Nağd pul krediti və biznes müştərilərə bizneslərini genişləndirmək üçün 1000 000 AZN-dək Biznes krediti təklif edir. Belə ki, “Bank BTB”yə müraciət edərək 15.99%-dən başlayan illik faiz dərəcələri, 0%-dən başlayan komissiya ilə biznes və istehlak kreditlərindən yararlanmaq mümkündür. Bunu da qeyd edək ki, təqdim edilən kreditlərdə sığorta komissiyası 0% təşkil edir.
Nəzərinizə çatdıraq ki, “Fərqli payız” kampaniyası dekabrın 30-dək davam edəcək.
Kampaniyadan yararlanmaq istəyən şəxslər vaxt itirmədən “Bank BTB”nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.