“Bank BTB” özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələri sevindirməyə davam edir. Belə ki, bankımız əhalinin həssas qruplarından daha 5 ailəni lazımi avadanlıqlarla təmin edərək yeni biznes qurmalarına kömək etdi.
Onlardan biri kiçik dərzi sexi, biri musiqi fəaliyyəti, biri broyler inkubatoru biznesi və ikisi telefon təmiri ilə məşğul olan Neftçala sakini Nəhmədova Elmira Ənnağı qızı, Gəncə sakini Hüseynov Gündüz Zahid oğlu, Şirvan sakini Əliməmmədov Sahil Maarif oğlu, Lənkəran sakini Fətullazadə Məhəmməd İlqar oğlu və Sabunçu sakini Pənahov Vüqar Şirməmməd oğludur. Qeyd edək ki, proqramdan yararlananlar övladı fiziki məhdudiyyətli olan ailə və aztəminatlı şəxslərdir.
Nəzərinizə çatdıraq ki, “Bank BTB” Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində ümumilikdə regionlarda və Bakıda yaşayan 40 ailəyə dəstək olub.
“Bank BTB”nin məhsul və xidmətləri barədə məlumat almaq istəyənlər bankın filial şəbəkəsinə və ya “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 0553000946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı həftəiçi 5 gün müştərilərin xidmətindədir.