Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bərabər və ədalətli imkanlar - "Japan Tobacco International" Azərbaycanın Çevik İmtiyaz Konsepsiyası
Dünyanın aparıcı siqaret istehsalçılarından biri olan "Japan Tobacco International" (JTI) şirkəti Azərbaycan bazarında fəaliyyətinə 17 il əvvəl başlayıb. Ölkənin aparıcı vergi ödəyicilərindən biri olan JTI şirkətinin Azərbaycan Nümayəndəliyi, qlobal korporativ iş mühiti, bu sahədə tətbiq edilən qabaqcıl yanaşmalar, eləcə də, işçilər üçün yaradılan xüsusi imkanları ilə seçilir.
Bu məqalə müxtəliflik, inklüzivlik və bərabərliyi təşviq edən bır sıra üstünlüklər vasitəsilə JTI şirkətinin öz işçilərinə yaratdığı imkanları təcəssüm etdirir. JTI şirkəti uğurunun təməlində işçinin dayandığına inanır. Bu baxımdan, şirkət işçiyə qayğı göstərilməsi sahəsində ən yüksək standartları önə çəkməklə 2014-cü ildən 2024-cü ilədək ardıcıl olaraq on il ərzində "Global Top Employer" (Qlobal səviyyədə Ən Yaxşı İşəgötürən) mükafatının qalibi olub ki, bu onun Azərbaycandakı əməliyyatlarına da şamil edilir.
İşçiyə Yönələn Yanaşma
Qlobal trendlər və onların fonunda işçilərin iş yerlərinə qarşı tələbatlarının daim dəyişdiyi bir zamanda şirkətlər davamlı surətdə onlarla çalışan insanları dəstəkləməyin yeni yollarının axtarışındadırlar. Uzun illər boyu imtiyazlara olan ənənəvi yanaşma fərdi hallara və ehtiyaclara baxmayaraq, bütün işçilərə eyni üstünlükləri təklif edən vahid paketi əhatə edirdi. Bu prosesə fərqli çərçivədən yanaşan JTI şirkəti işçilərin inkişafına yatırım etməklə bərabər müxtəlifliyi və inklüzivliyi təşviq edir. Şirkət həm fərdi effektivlik, həm də şirkətin ümumi inkişafı baxımından işçilərin rifahının vacib olduğunu qəbul edərək, mədəni və fərdi maraqların qarşılanmasına əsaslanan iş mühiti yaradır. Məsələn, şirkət 20 həftəyə qədər ödənişli analıq və atalıq məzuniyyəti verir ki, bu da işçilərə həmin ilk kritik həftələrdə yeni doğulmuş uşaqlarına qayğı göstərmək imkanını təmin edir. Bu öhdəlik peşəkar tərzdə inkişaf etməklə yanaşı, cinsindən asılı olmayaraq bütün işçilərin ailələri ilə dəyərli vaxt keçirmək üçün bərabər imkan almasına təminat verir. JTI şirkəti hər kəsin özünü dəyərli və vacib hiss etdiyi inklüziv proqramları və təşəbbüsləri həyata keçirmək üçün səylər göstərir.
İstəklərinə Uyğun İmtiyaz Yanaşması
Ənənəvi imtiyazlar strukturunda standart paket tibbi sığorta, həyat və əlillik sığortası, həyat yığım sığortası və sağlamlıq proqramlarını ehtiva edə bilər. İllər boyu JTI şirkətinin əməkdaşları standart paketi əhatə edən imtiyazlardan istifadə edirlər.
Bu model ardıcıllığa yönəlsə də, işçilərin ehtiyaclarının müxtəlifliyini tam qarşılamır. Məsələn, övladı olmayan gənc işçi ailənin tibbi sığortası planını ailə təminatının vacibliyini bir valideyn qədər qiymətləndirə bilməz. Əksinə, subay şəxs sağlamlıq proqramlarına və ya çevik iş tənzimləmələrinə üstünlük verə bilər.
Qeyd olunanları nəzərə alaraq, JTI şirkəti 2023-cü ildə "Çevik İmtiyaz Konsepsiyası" adlı pilot təşəbbüsə başlayıb ki, bu təşəbbüs 2024-cü ildə işçilərin rəyinin alınmasından sonra uğurla həyata keçirilib. Hazırkı təşəbbüs işçilərin imtiyazlardan istifadə tərzindəki fərqləri aradan qaldırmaq üçün nəzərdə tutulub. Müxtəlif sağlamlıq və rifah imtiyazlarının təklif olunmasına baxmayaraq, statistik göstəricilərə inansaq işçilərin təxminən 30%-i standart imtiyazlardan tam olaraq yararlanmırdılar. Standart imtiyaz proqramının effektivliyini artırmaq və işçiləri daha çox cəlb etmək üçün əlavə opsiyalar, o cümlədən alış-veriş və ayrı-ayrı idman obyektlərindən istifadə paketləri daxil edilib ki, bu da işçilərin öz həyat tərzlərinə və tələbatlarına ən uyğun olan imtiyazları seçə bilmələrinə imkan yaratdı.
İşçilərə öz imtiyazlarını fərdi ehtiyaclarına əsasən uyğunlaşdırmağa imkan verən Çevik İmtiyaz Konsepsiyası
Bu yanaşma işçilərin məmnuniyyətini artırmaqla yanaşı məşğulluq və effektivliyi də stimullaşdırır. JTI şirkəti imtiyazlar üçün sabit büdcə təmin etməklə, irəli sürülən imtiyazlar siyahısından seçim etməyə imkan yaradır və bununla işçilərin bərabər imkanlara çıxışını təmin edir.
Nəticə etibarilə, hazırkı model ayrı-ayrı şəxslər üçün faydalı olmaqla yanaşı, həm də iş yerində müxtəlifliyi nəzərə alan qabaqcıl təşkilati mədəniyyətə töhfə verir. Dinamika, uyğunlaşma və fərdiləşmənin əsas olduğu dünyada, tələblərinizə uyğunlaşdırıla bilən imtiyazlar komandanızın gördükləri işə yanaşmasını tam yeni mərhələyə çıxarmaqla şirkətin strateji hədəflərinə çatmasında aparıcı rol oynayır.