Mayın 24-də “Baku Ritz-Carlton” hotelindəki “Şuşa” ziyafət zalında “Bosch” brendinin yeni “Accent | Line Carbon Black” premium xəttinin möhtəşəm təqdimatı keçirildi.
Qala gecəsinin qonaqları paytaxtın elita nümayəndələri, incəsənət xadimləri, tanınmış simalar, məşhur bloqerlər idi. Təqdimat proqramı hədsiz dərəcədə zəngin idi, ard-arda bir-birini əvəzləyən çıxışlar qonaqların diqqətini çəkərək onları gecənin ən çox gözlənilən anına hazırlamışdı.

İki hissədən ibarət olan gecənin rəsmi hissəsini MDB regionu üzrə “Bosch” brendinin meneceri Fidan Sultanova açaraq brendin tarixindən və “Bosch”un bu illər ərzində öz məhsullarında əks etdirdiyi yeniliklərdən danışdı.
“Bosch”un qlobal dizayn direktoru Robert Zakron öz çıxışında “Accent | Line Carbon Black Collection”un ideyasının yaranmasından bəhs etdi. Robert Zakron onu da qeyd etdi ki, xəttin hər bir detalı həyatı asanlaşdırmaq və mətbəxdən istifadəni maksimum rahatlaşdırmaq üçün nəzərdə tutulub ki, mətbəx, sadəcə, fərdi məişət texnikası deyil, hər kəsə özünü ifadə etməyə imkan verən xüsusi fəlsəfədir”.

“Bosch” brendinin qlobal dizayn direktorunun çıxışından sonra ən emosional məqam gəlib çatdı. Geriyə sayım başladı... Sirli pərdə endi, onun arxasında isə qara rəngdə ərsəyə gətirilmiş, zərif dizaynlı xüsusi mətbəx stendi təqdim olundu.
Şef-aşpaz Paolo tərəfindən təqdim olunan xüsusi şou isə qonaqların qəlbini fəth edərək, onlara nəinki qara şüşənin və məxmərin, paslanmayan poladın kontrastının estetikasından həzz almaq, həm də birbaşa stenddə hazırlanan yeməkləri dadmaq imkanı təqdim etdi.

“Accent | Line Carbon Black Collection” - lüks yaşam tərzi və rahatlığa üstünlük verənlər üçün
Axarı çizgilərin sadəliyində və zəngin qaranın saf estetikasında öz əksini tapan mürəkkəb dizayn. Yeni “Accent | Line Carbon Black” kolleksiyası diqqəti özünə cəlb edən və hətta ən incə zövqü oxşayacaq dizaynda təqdim olunub.
Füsunkar dizayn və innovativ texnologiyanı birləşdirən estetika
“Bosch”un “Accent | Line Carbon Black” kolleksiyası müasir mətbəxlər üçün ideal olan və ən yüksək performans tələblərinə cavab verən premium məişət texnikasını təklif edir. Həyatı daha da asanlaşdıran ağıllı texnologiyalı intuitiv idarəetmə və mükəmməl bişirmə imkanları ilə ideal nəticələr əldə edin. Belə ki, “Carbon Black” kolleksiyası bir çox məişət texnikasını unikal dizaynda birləşdirir.
