“Bottega Veneta” son illərdə ən çox arzu olunan və şübhəsiz ki, haqqında ən çox danışılan bir brenddir. “Pouch” və “Jodie” çantaları, geniş kvadrat burunlu səndəllər, “Chelsea” botları bu gün dəbli qarderobun əvəzolunmaz modellərdir.
“Bottega Veneta” brendindən daha çox seçim istərdinizmi?” – sualına cavab birmənalı olaraq “BƏLİ!” olacaq və buna görə də sizə xoş xəbərimiz var. Məşhur İtaliya moda evinin butiki bu gün Bakıda öz qapılarını açır!
Biz brendləri adətən loqosuna görə tanıyırıq. Bəs “Bottega Veneta” brendinin loqosu hansıdır?
Xatırlaya bilmədiniz? Əlbəttə, çünki o, heç mövcud da deyil! “Bottega Veneta”nın hər bir modeli onsuz da uzaqdan tanınır! Əsasən, əlbəttə ki, emalatxanada işləyən sənətkarlar tərəfindən icad edilən “intrecciato” hörməsi ilə. Ancaq son bir neçə il ərzində yaradılmış bəzi modellərdə bu hörmədən istifadə olunmayıb, lakin buna baxmayaraq, onları başqa bir brend ilə səhv salmaq mümkün deyil – və bu, böyük bir nailiyyətdir.
Əslində, “Bottega Veneta” yarandığı gündən uzun illər boyu klassik üsluba və yüksək keyfiyyətə üstünlük verən kübar cəmiyyətin mühafizəkar nümayəndələri tərəfindən seçilib. Bu brend hər zaman marketinqdən daha çox sənətkarlığa önəm verib. Bütün bunlar 2018-ci ildə dəyişdi.
Daniel Li, əvvəl “Bottega Veneta” ən çox satılan brendə çevirərək, sonra isə rəsmi sosial media səhifələrini silməklə bir çevriliş etdi. Bu gün “Bottega Veneta” inamla yoluna davam edir. Bəs sabah bizi hansı sürprizlər gözləyir?
Yeniliklərdən xəbərdar olmaq üçün, brendin bu gün Neftçilər pr., 45B ünvanında açılan butikində yeni kolleksiyaları qaçırmayın.
Tel: 050 278 6061