Hər sevginin öz hekayəsi var: romantik, təsirli, təkrarolunmaz. İlk dəfə olaraq, “Cartier” evi Bakıda hər nöqtəsi ilhamverici sevgi hekayəsi olan məhəbbət marşrutu yaradıb. Layihənin qəhrəmanları – Bakının tanınmış cütlükləri: Murtuza və Liza Muxtarovlar, Maksud və Anna İbrahimbəyovlar, Teymurbəy və Hüsniyə Qulubəyovlar, Zeynalabdin və Sona Tağıyevlər, Məcid Behbudov və Firuzə Vəkilova, Lətif Feyzullayev və Vəcihə Səmədovadır. Ən güclü və parlaq hissə qapılaraq, onlar xariqələr yaradır, saraylar ucaldır, bağlar salır və sübut edirdilər ki, yalnız məhəbbət əhəmiyyət kəsb edir.

“Cartier” evi Sizi Bakının məhəbbət marşrutu ilə gəzməyə və hər birinizin ürəyində əks-səda tapacaq sevgi hekayələrini dinləməyə dəvət edir. Audio-bələdçilər də daxil olmaqla, saytın kontenti Azərbaycan və rus dillərində mövcuddur. Gəzinti bir zamanlar zərgər olan Zeynalabdin Tağıyevin həyat yoldaşı üçün təkrarolunmaz badamı zinət əşyasını hazırladığı Zərgərpalan küçəsindən başlayır. Marşrutun hər bir nöqtəsində zamana qalib gələn sevginin gücünü hiss etmək mümkündür. Bu minvalla, Teymurbəy Qulubəyovun sevgisi ailə ocaqlarının bağında qlisiniyalarla birlikdə gül açır, Zeynalabdin Tağıyevin sevgisi isə həyat yoldaşına toy hədiyyəsi kimi təqdim etdiyi sarayda öz əksini tapır.

Marşrutun son nöqtəsi isə qonaqlarının çoxsaylı sevgi məqamlarının şahidi olmuş “Cartier” butiki olacaq. Sevgi haqqında danışarkən, zinət əşyalarının Sofi Loren və Karlo Ponta, Elizabet Teylor və Riçard Barton kimi bir çox məşhur cütlüklərin sevgisinə şahidlik etmiş “Love” kolleksiyasını xatırlamamaq mümkün deyil. Hər şey dizayner Aldo Çipullonun 1969-cu ilə yaratdığı əfsanəvi vintli qolbaqdan başladı. “Love” qolbaqlarını cütlüklər birgə alır və elə butikdə bir-birinin qollarına bağlayırdılar – iki yarım-halqanı burğac vasitəsilə biləyə kip bağlayan ovala çevirirdilər. Qolbağı təkbaşına açmaq mümkün deyil, ona görə də qolbaq biləkdə gecə-gündüz qalaraq, sevimli insanı xatırladırdı.

Bəs siz sevgi naminə nəyə qadirsiniz? Sizi nəyin romantik qəhrəmanlıqlara vadar etdiyi haqda fikirlərinizi bölüşün. Seçilmiş hekayələr xəritəyə düşəcək. Layihənin qəhrəmanına çevrilin və love-cartier.italdizain.az saytında sevgi marşrutunuzu kəşf edin.
“Love” kolleksiyası ilə Bakı şəhəri, 28 May küçəsi, 2A ünvanındakı “Cartier” zərgərlik butikində tanış olun.





