Çinin ən böyük avtomobil istehsalçısı “SAIC Motor”un markası olan MG-nin ölkəmizdə rəsmi distribütoru “ASIA Motors” şirkəti Bakıda iki yeni MG modelini – tam elektrikli MG4 və 1,5 turbo daxili yanma mühərrikli “MG One” modellərini təqdim edib.
13.07.2023-cü il tarixində baş tutmuş təqdimat gecəsi tanınmış aparıcı Ceyhun Əli, “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilovun açılış nitqi və SAIC-in MG markası üzrə Azərbaycan və digər ölkələr üzrə satış direktoru olan Qu Jivenin videomüraciəti ilə başlayıb. Qu Jiven “ASIA Motors”un fəaliyyətindən məmnunluğunu bildirib və gələcəkdə daha da uğurlu əməkdaşlığa əmin olduğunu vurğulayıb:
“ASIA Motors” şirkətinin bizim MG markası və məhsullarının Azərbaycan müştərilərinə çatdırılması üçün gördüyü məhsuldar işi yüksək qiymətləndirirəm. Əminəm ki, “ASIA Motors” və SAIC gələcəkdə Azərbaycan bazarında bundan daha da uğurlu əməkdaşlığını davam etdirəcək. Çox şadam ki, bu gün iki yeni - MG4 və “MG One” - modeli sizə təqdim olunacaq. Bu iki modelə bizim ən son dizayn və texnologiyamız tətbiq olunub. İnanıram ki, “ASIA Motors” modelləri sizə uğurla təqdim ediləcək”, – deyə Qu əlavə edib.
Daha sonra gecədə MG markasının gələn il 100 illiyinin tamam olacağı və çox maraqlı tarixi barədə məlumatlar verilib. Belə ki, 1924-cü ildən istehsal edilən MG markalı avtomobillər əsas etibarilə idman avtomobilləri olub və tarixi faktlardan biri kimi – 1957-ci ildə “MG EX181” modeli 395 km/s sürətlə tarixi sürət rekordunu yeniləyib. 2005-ci ilədək İngiltərədə istehsal edilən bu markanın avtomobilləri 2007-ci ildən etibarən Çinin ən böyük və hazırda dünyanın altıncı ən böyük avtomobil istehsalçısı olan “SAIC Motor”un tərkibinə keçib və daha geniş model cərgəsi ilə istehsal edilməyə başlanıb.
Özünəməxsus tərzdə təqdim edilən hər iki model öz xüsusiyyətləri ilə seqmentlərində seçilir.
MG4 tam elektrikli model olaraq 64 kVt-lıq batareya və tam dolumlu şarj ilə 435 km məsafə qət etməyə malikdir. Eyni zamanda MG4 modeli PMSM tipli mühərriklə təchiz olunub ki, bu da öz növbəsində 150 kVt, yəni 204 at gücü və 250 Nm dartı qüvvəsi hasil edir. 0-100 km/s sürətlənməsi cəmi 7,9 saniyə təşkil edən bu qıvraq hetçbek model ENCAP-ın beş ulduzunu alıb və tam rəsmi olaraq Avropa və digər ölkələrə ixrac edilir. Qeyd edək ki, 4287 / 1836 / 1504 mm ölçülərə sahib olan bu model dörd rəngdə – ağ, qara, boz və narıncı rənglərdə təklif edilir və ölkəmizdə satılan hər bir MG4 tam elektrik modelinə istehsalçı tərəfindən beş il və ya 150 000 km zəmanət verilir.
Digər təqdim edilən “MG One” modeli isə öz seqmentində ulduz partlayışı effekti ilə rəqiblərinə geridə qoymağa hazırdır. Bu şəhər tipli SUV model SAIC konserninin öz markaları üçün hazırladığı yeni SIGMA (“SAIC Intelligence Global Modular Architechture”) modul platformasında yığılıb və 1,5 turbo mühərriklə, CVT sürətlər qutusu ilə təchiz edilib. Mühərrik 181 at gücü və 285 Nm dartı qüvvəsi gücünə malikdir. Ölkəmizdə “MG One” hazırda ancaq “Lux” təchizatda təklif edilir ki, burada ən son dizayn və texnologiyalardan – ön və arxa tam LED fənərlər, məxsusi radiator barmaqlığı və ön/arxa aerodinamik bamper və spoylerlər, dəri salon, yeddi düymlük alətlər paneli ekranı, 12,3 düymlük sensor ekran, simsiz şarj, ECALL, LDW, ACC, TJA, BSD və s. təhlükəsizlik sistemlərindən istifadə edilib. 4581/1871/1617 mm ölçüdə olan bu şəhər krossoveri də beş il və ya 150 000 km istehsalçı zəmanətinə malikdir.
Təqdimat gecəsi avtomobil həvəskarları, populyar ictimaiyyət nümayəndələri, tanınmış avtomobil jurnalistləri və digər musiqili qonaqlarla davam edib.
Satış salonu Babək prospekti 28 ünvanında yerləşən “MG Motors Azerbaijan” artıq hər iki təqdim edilmiş modeli müştəriləri üçün əlçatan edib və MG modelləri ilə maraqlanan hər kəsi yeni modellər də daxil olmaqla bütün digər modellərin də sınaq yürüşünə dəvət edir.
Telefon: (+99412) 525 51 51
Mobil: (+994) 50 400-19-24, (+994) 50 444-19-24
Email: info@asiamotors.az
fb: https://www.facebook.com/mgmotors.aze
IG: mgmotorsazerbaijan
Veb-sayt: www.mgmotors.az