Gözqamaşdırıcı. Füsunkar. Cazibəli. Bu sözlər İtaliya zərgərlik evi olan “Damiani” brendinin heyrətamiz məhsullarını əks etdirir.
“Damiani” – İtaliya zadəganların 100 il boyu davam edən seçimidir, anadan qıza, nənədən nəvəyə, nəsillər boyu ötürülür. Qısacası müstəsna zövq sahiblərinin sevimli brendidir.
Bu gün dəbdəbəli zinət əşyaları üçün İtaliyaya uçmağa ehtiyac yoxdur - onlar həm də Bakıda, “Emporium” mağazasının zərgərlik şöbəsində təklif olunur. Keçən cümə, Giorgio Damiani özü eksklüziv kolleksiyanı təqdim etdi və biz onunla söhbət etmək fürsətini əldən verə bilmədik.
Bəs “Damiani” brendini seçən qadın kimdir?
Yalnız xüsusi günlərdə deyil, hər gün zərgərlik əşyaları taxmağı sevən çox zərif və mürəkkəb bir qadındır; keyfiyyəti, yaradıcılığı və zövqlü dizaynı həqiqətən sevən qadın.
Giorgio Damiani ilə birlikdə uzun illər brendin siması olan məşhur italyan model Madalina Ghenea Bakıya təşrif buyurub və cəmiyyəti maraqlandıran suallara cavab verib:
- “Damiani” brendi tez-tez tanınmış şəxslərin üzərində görünür. Məşhurlar arasında belə populyarlığın səbəbi nədir?
- Məşhur olmaq da, bizim zinət əşyalarımıza sahib olmaq kimi, bir çox insanın arzusudur. Beləliklə, mükəmməl birləşmə yaranır. Belə əməkdaşlıq bizə təkcə işgüzar əlaqələr deyil, həm də gözəl dostlar qazandırıb. Çox şanslıyıq.
- Dostluğa gəlmişkən, deyirlər ki, “Damiani” brendinin Sofiya Lorenlə uzunmüddətli dostluğu var?
- Bəli. O, ailəmizin yaxın dostu olmaqla yanaşı, həm də zinət əşyalarımızı hər zaman yüksək qiymətləndirib. O, bizim məhsullara heyran olduğu üçün, onun adını daşıyan gözəl zərgərlik kolleksiyası yaratmışıq.
- Siz zərgərlik aləminin “Oskar”I sayılan “Diamonds International Awards” mükafatlarının sayına görə dünya rekordçususunuz. İlk mükafatı hansı əşyaya görə qazanmısınız?
- İlk mükafat “Squalo” bilərziyinə görə idi; 1978-ci ildə. Bu gün artıq 18 “Diamonds International Awards” mükafatçısıyıq. Bu nailiyyətə hələ ki, heç bir brend çata bilməyib.
- Şirkət gələn il yüz illik yubileyini qeyd edəcək. Bir əsrlik uğurun sirri nədir?
- Bir dəfə “Damiani” əldə edən şəxs, mütləq yenidən bizə qayıdır. Brendin bütün dünyada loyal müştəriləri var. Bir sevgi və ehtirasla zərgərlik əşyaları yaradırıq, və nəticədə, alıcılarımızın sevgisini əldə edirik.
Damiani brendinin möhtəşəm kolleksiyasını Neftçilər pr-ti 121 ünvanında, Emporium mağazasında əldə edə bilərsiniz.