Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə səmərəli görüş keçirib.
Görüş zamanı KOBİA-nın yaxın gələcəkdə beynəlxalq əlaqələrini daha da inkişaf etdirmək, "Yaşıl iqtisadiyyat"da kiçik və orta biznesin rolunu artırmaq istiqamətində məsələlər müzakirə edilib.
Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson çıxışı zamanı görüşdən məmnun olduğunu, Dünya İqlim Fondunun yaxın gələcəkdə "Yaşıl iqtisadiyyat"da kiçik və orta biznesin rolunu artırmaq istiqamətində KOBİA ilə birlikdə əməkdaşlığa maraqlı olduğunu bildirib.
Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə bildirib ki, Dünya İqlim Fondu Azərbaycanda "Yaşıl iqtisadiyyat"ın inkişafı istiqamətində əməkdaşlığa maraqlıdır.
Rəylər