Dünyanın ən sürətli krossoveri Bakıda görüntülənib.
Söhbət “Porsche”nin “Cayenne TURBO GT” modelindən gedir.
Avtomobil 0 dan - 100 km/saat sürətini cəmi 3,3 saniyəyə yığır.
Maksimal sürəti isə 300 km/saat təşkil edir.
Bu göstəricilərlə “Cayenne Turbo GT” modeli dünyanın ən sürətli krossover tipli avtomobili adına sahib olub.
Qeyd edək, ki “Porsche” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Efendiler” MMC şirkətidir.