“Heydər Əliyev ili”nə həsr olunan sosial tədbirlər çərçivəsində və 28 May - Müstəqillik Günü ərəfəsində “Embawood” MMC əməkdaşları tərəfindən ağacəkmə aksiyası keçirilib.
Şirkət əməkdaşlarının iştirakı ilə Abşeron rayonu, Bakı-Şamaxı yolu ərazisində yerli iqlim şəraitinə və mövsümə uyğun 100 ədəd həmişəyaşıl dekorativ bitkilər əkilib, suvarılması təmin edilib. Ekoloqların iştirakı və məsləhətləri ilə qapalı kök sistemində əkilən hər ağacın sabit böyüməsi üçün lazımi vasitələrdən istifadə edilib.
Azərbaycanda ətraf mühitin qorunması və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verilməsi, ətraf mühitə qarşı qayğı ilə yanaşma hisslərini aşılamaq və ekoloji stabilliyin qorunmasına xidmət edən bu tədbirlərin “Embawood” tərəfindən gələcəkdə də davamlı şəkildə keçirilməsi planlaşdırılır.