31 Avqust tarixində "EmbaWood" MMC tərəfindən Dənizkənarı bulvarda ətraf mühitin mühafizəsi və ekoloji şüurun artırılması məqsədilə "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində velosiped turu təşkil edilib. Yarışda şirkətin əməkdaşları və bu sahəyə həvəsi olan sıravi vətəndaşlar da iştirak ediblər.
Start Dənizkənarı bulvar ərazisində yerləşən "Dəniz Mall"ın qarşısından başlayıb. İştirakçılar "Su İdman Sarayı"nın yaxınlığında finiş xəttinə çatıblar. Tədbir marşrutu boyunca iştirakçılara ətraf mühitin qorunması ilə bağlı məlumatlar verilib. Layihənin keçirilməsində əsas məqsəd ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipedlərin istifadəsini təşviq etmək, ətraf mühitin qorunmasına dair mesajları yaymaq və əməkdaşlar arasında ekoloji şüurun artırılmasıdır. Eyni zamanda bu tədbir "Embawood" MMC-nin ətraf mühitin qorunması, ekoloji davamlılıq və həmrəylik məsələlərinə olan sadiqliyinin göstəricisidir. "Embawood" ətraf mühitin qorunması mövzusunda yüksək dəyərlərə malikdir və bu kimi layihələrlə həm əməkdaşlarını, həm də cəmiyyətimizi bu məsələlərdə daha da məlumatlandırmaq üçün çalışır.
Qeyd edək ki, bu təşəbbüs ölkə başçısının 2024-cü ili "Yaşıl Dünya" və "Həmrəylik İli" elan etməsi ilə əlaqədar olaraq həyata keçirilib.
Rəylər