Ötən il tariximizdə şanlı bir səhifə açıldı. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində igid oğullarımız böyük şücaət sərgilədi. Xalqımızda birlik hissi yenidən oyandı. Qəhrəman oğullarımız sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Bu müddət ərzində biz də Ali Baş Komandanın rəhbərliyi ilə yumruq kimi birləşdik və zəfər qazandıq.
“Embawood” şirkəti olaraq hər bir azərbaycanlını bu tarixi qələbə münasibətilə təbrik edirik. Qəlbinizdə daima qələbə ruhu olsun!
Qarabağ Azərbaycandır!
Zəfər Gününüz mübarək!