Bakıda fəaliyyət göstərən ASUS’un rəsmi mağazasında dünyanın ən güclü və ilk “gaming planşeti” artıq satışa çıxarılıb! 2022-ci ilin yanvar ayında ASUS şirkəti ilk “gaming planşeti” ROG FLOW Z13 GZ301 modelini Las-Veqas şəhərində keçirilən CES 2022 sərgisində təqdim etdi.
Yeni “gaming planşet” təqdim olunan gündən qeymerlər arasında çox böyük marağa səbəb oldu.
Yeni ROG Flow GZ301 modeli ən yeni nəsil “Intel Core i9-12900H14” nüvəli prosessor və NVIDIA GEFORCE RTX 3050Ti 4GB video kartla təchiz edilib. Hətta, əlavə xarici NVIDIA GEFORCE RTX 3080 16GB video kartla da təchiz oluna bilər. Digər parametrlər 13.4″ touch 120Hz WUXGA, 500nits, sRGB 100 % ekran özəllikləri, 16GB RAM, 1TB SSD’dir. Planşetin çəkisi cəmi 1.18 kq-dır, yəni texniki xüsusiyyətlərinə çox yüngül və daşınması rahatdır. Qoşulan klaviatura RGB, yəni işıqlıdır və asanlıqla planşetdən ayrıla bilir. Quraşdırılmış 170 dərəcə açılan altlıq istifadəçiyə istənilən şəraitdə rahat işləmək imkanı verir. Əməliyyat sistemi isə orijinal lisenziyalı “Windows 11 Home” versiyadır.
Modelin hazırda satış qiyməti 4099 AZN-dir. Qiymət bəlkə də ilk baxışda müştərilərə baha görünə bilər, lakin həmin modeli bazarda ona oxşar göstəriciləri olan digər modellərlə də müqayisə etmək lazımdır. Belə parametrlər və ya texniki göstəricilər ilə onun bazarda birəbir eynisi yoxdur, qiymətinə görə müqayisə edəndə isə 4000 AZN civarında olan iPad 13 Pro və ya “Lenovo ThinkPad X12 Detachable” kimi analoq modellər bazarda var. Lakin ASUS ROG FLOW Z13 GZ301 modelinin texniki göstəriciləri həmin modellərdən daha yüksəkdir və əlbəttə ki, o ilk oyun planşetidir.
Modellə daha ətraflı tanış olmaq üçün bu linklərə tıklayın: https://aztech.az/product/2022-asus-rog-flow-z13-gz301ze-ld225w-90nr07x1-m00hd0/
“Azerbaijan Technologies” şirkətinə məxsus ASUS’un rəsmi mağazasında hər zaman olduğu kimi son və yeni modellər ən qısa zamanda satışa çıxarılır. Qeyd etmək istərdik ki, ASUS Brand Store Qafqaz, Orta Asiya və Yaxın Şərq regionlarında ASUS’un yeganə rəsmi satış nöqtəsidir.