“Expressbank” ASC müasir dünyamızda maliyyə və bank sektoruna aid olan ən son innovasiyaları və yenilikləri fəaliyyət mexaniziminə tətbiq edərək ölkənin aparıcı banklarından birinə çevrilib. Bank müvəffəqiyyət tarixinə daha bir uğurlu statistik göstəricini əlavə edib.
Bu dəfə “Expressbank” ASC 2022-ci ilin ikinci rübünü 8 milyon manat mənfəətlə başa vurub.
Xüsusilə bildirmək istərdik ki, keçən ilin ikinci rübü ilə müqayisədə bu ilin ikinci rübünü 30% artım ilə tamamlamaqla olduqca uğurlu nəticə əldə edib.
Aktivlərin həcmində artım qeydə alınıb.
Yuxarıda da qeyd etdiyimiz üzrə bank bir çox komponentlərdə keçən ilin ikinci rübü ilə müqayisədə 2022-ci ilin ikinci rübündə də artım əldə edib. Bu uğurlu nəticə bankın aktivlərinin həcminə də öz təsirini göstərib. Bankın aktivləri keçən ilin sonu ilə müqayisədə 5% artaraq 369,581 milyon manat olub.
Depozit portfelinin həcmi böyüyüb.
Bank-müştəri münasibətlərində olan inam və güvən özünü bu dəfə də statistik göstəricilərdə göstərib. Belə ki, bankın keçən ilin sonu ilə müqayisədə bu ilin ikinci rübündə depozit portfelinin həcmi 6% artıb və 165,528 milyon manat olub.
Kreditlərin ümumi payında artım qeydə alınıb.
“Expressbank” ASC hər zaman müştərilərinin arzularını gerçəkləşdirməsi üçün sərfəli və uyğun şərtlərlə kredit məhsullarını təklif edir. Müştərilər üçün həyata keçirilən sərfəli və uyğun kampaniyalar onların böyük marağına səbəb olmuş və bu özünü kredit müraciətlərində də əks etdirib. Ötən ilin sonu ilə müqayisədə bu ilin ikinci rübündə bankın ümumi kredit portfeli artıb və 273,345 milyon manat olub.
Kapitalın həcmində artım müşahidə olunub.
Hesabatda kapital həcminə aid olan artımı da xüsusi olaraq vurğulaya bilərik. Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin ikinci rübündə bankın kapitalında da artım olub. Kapital həcmi 6% artaraq 132,256 milyon manat nəticə göstərib.
2022-ci ilin ikinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə “Expressbank” ASC-nin həm faiz gəlirləri, həm də qeyri-faiz gəlirlərində də artım olub. İlin ikinci rübündə bankın faiz gəlirləri 16% artaraq 23,566 milyon manat məbləğinə, qeyri-faiz gəlirləri isə 23% artaraq 8,822 milyon manat məbləğinə çatıb.
Bütün statistik nəticələri izləyərkən qeyd edə bilərik ki, “Expressbank” ASC-nin ikinci rüb üzrə xalis faiz gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 18,906 milyon manat olub.
2022-ci ilin ikinci rübünün göstəricilərinə əsasən, “Expressbank” ASC-nin cari ilin ikinci rübündə I dərəcəli kapitalın adekvatlıq əmsalı 33.93%, məcmu kapitalın adekvatlıq əmsalı 37.23% və leverec əmsalı isə 30.94% təşkil edib. Həmçinin bankın məcmu kapitalı ikinci rüb üzrə 129,349 milyon manat olub. Bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi normadan 2 dəfədən çox artıq olmaqla bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu bir daha nümayiş etdirir.
Xüsusilə qeyd etmək istərdik ki, iqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi meyarlar üzrə dəyərləndirmə aparan “Fitch Ratings” agentliyi “Expressbank” ASC-nin fəaliyyətinə yüksək qiymət verərək bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
“Expressbank” ASC hər zaman maliyyə və bank sektorunda uğurlu, məhsuldar və yenilikçi fəaliyyətini davam etdirməkdən və bütün kateqoriyalar üzrə müvəffəqiyyətlə irəliləməkdən məmnunluq duyur və bu fəaliyyətini daha da təkmilləşdirəcəkdir.
Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi saytına www.expressbank.az daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.