Pul xərcləyərək, pul qazanmaq arzunuz olub? Yəqin ki, hər birimiz xərclənən pulların bir hissəsini geri qaytaran sehirli çubuq xəyalı yaşamış, lakin gerçəkləşməsi qeyri-mümkün olan bir fikir kimi ondan imtina etmişik. “Expressbank”ın plastik kartları ilə isə hər şey mümkündür!
Sərfəli və gəlirli ExpressClub xidməti məhz müştərilər üçün sevgi ilə düşünülüb və “Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunur.
Ölkədaxili POS-terminallar vasitəsilə ödənişlər edərkən, siz xərclənən məbləğin 20%-dək hissəsini geri alırsınız! Hətta satış nöqtəsi bankın tərəfdaşları siyahısında deyilsə, vəsaitin 0,3%-i sizə geri qaytarılacaq!
Bu, nağıl deyil, çünki bu gün “Expressbank” müştərilərə 200 min AZN-dən artıq vəsaiti geri qaytarıb. Xatırladaq ki, hazırda ExpressClub üzrə 750-dən artıq tərəfdaş – satış nöqtəsi mövcuddur. Bu sərfəli xidmətə qoşulmaq çox asandır. Bankın istənilən filialına yaxınlaşaraq və ya www.expressbank.az saytında onlayn sifariş etməklə siz plastik kart əldə edə bilərsiniz.
Bankın tərəfdaşlarının siyahısı ilə tanış olub, daha ətraflı məlumat əldə etmək üçün, www.expressclub.az saytına, bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/expressclubaz) daxil ola, və ya 132 nömrəsinə zəng vura bilərsiniz.
Expressclub ilə xərclərini gəlirə çevir!