Yeni kredit kampaniyası çərçivəsində “Expressbank” müştərilərə yeni ildən kreditlərini daha az ödəyərək gəlirlərinə qənaət etmək imkanı yaradır. Əmək haqqı, iş yeri və vəzifəsindən asılı olmayaraq hər kəs, cəmi 13.22 %-lə 30.000 manatadək nağd pul krediti əldə edə biləcək.
Üstəlik kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan “Expresso Standart”, GOLD hətta “Platinum” kredit kartları hədiyyə olunacaq.
Kampaniyadan yararlanmaq istəyən müştərilər “Expressbank”ın istənilən filialına yaxınlaşa və ya bankın onlayn xidmət kanallarından – SİFARİŞ linkinə keçid edərək, “Express24” mobil tətbiqindən, 050 444 41 32 whatsapp nömrəsindən, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya bankın rəsmi saytından krediti banka yaxınlaşmadan sifariş edə bilərlər.
Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı bankın rəsmi saytına https://www.expressbank.az daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.