“FAB” Şirkətlər Qrupu müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə aksiya keçirib.
Daim sosial layihələr həyata keçirən “FAB” bu dəfə şəhid ailələrini, Qarabağ qazilərini və aztəminatlı ailələri də diqqətdən kənarda qoymayıb. Belə ki, şirkət tərəfindən 100 şəhid ailəsinə, 100 nəfər Qarabağ qazisinə və 100 aztəminatlı ailəyə ərzaq sovqatı göndərilib.