2023-cü ilin iyul ayında “Samsung Electronics” şirkəti iki premium smartfon modelini bazara çıxardı – maksimum multitaskinq imkanlarına sahib olan “Galaxy Z Fold5” və təkmilləşdirilmiş kamera ilə təchiz olunan möhtəşəm “Galaxy Z Flip5”.

Plastiksiz qablaşdırma təşəbbüsünün işə salındığı “Galaxy S7” ilə müqayisədə “Galaxy Z Flip5” üçün qablaşdırmada plastikdən istifadə 96,8% azalıb. “Galaxy Z Fold5”da isə azalma 95,1% təşkil edib.

Nəticə etibarilə “Galaxy Z Flip5” və “Fold5”in tərkibində ümumi qutunun çəkisindən 1,6% və 1,5% plastik mövcuddur.
Hər iki model digər “Galaxy” smartfonlarına nisbətən təkrar emal edilmiş alüminium və şüşə, atılmış balıq torları, PET butulkalar və su çəlləkləri, həmçinin istehlakdan sonra təkrar emal edilmiş plastik daxil olmaqla daha geniş çeşiddə təkrar emal materiallarından istifadə edir. Məhsulun qutusunun ətraf mühitə təsirini azaltmaq üçün “Samsung” artıq materialları aradan qaldırmaq və birdəfəlik plastik və 100% təkrar emal kağızı kimi davamlı seçimlərə üstünlük vermək qərarına gəlib.
Sıfır tullantı istehsalına gedən yolda “Samsung” təkrar emal materiallarından faydalanır və materialları təkrar istifadəyə hazırlamaq məqsədilə elektron tullantıları toplayır. 2030-cu ilə qədər DX (Device Experience) məhsullarında istifadə edilən plastikin 50%-nin təkrar emal edilmiş plastikdən ibarət olacağı planlaşdırılır və 2050-ci ilə qədər şirkət bu rəqəmin 100%-ə çatdırılması nəzərdə tutulur.
Hər iki modeldə istifadə olunan materialları nəzərdən keçirin.
Üst və alt dinamik modulların istehsalında atılmış balıq torları və su çəlləklərindən əldə edilən ən azı 20% təkrar emal plastikindən (çəki etibarı ilə) istifadə edilir. Korpusun plastik ön hissəsinin 10%-i təkrar emal edilmiş PET butulkalardan alınır. Arxa pəncərədə istifadə olunan dekor üzlüyünün tərkibinə ən azı 80% təkrar emal edilmiş PET daxildir.
Qurğunun komponentləri – səs düyməsi və SIM yeri – istehsal prosesi zamanı əldə edilən ən azı 28% alüminiumdan hazırlanır.
Aşağı pəncərədə (qoruyucu ekranın xarici şüşəsi) və arxa şüşədə istehsal prosesindən əldə edilən orta hesabla 22% təkrar emal edilmiş şüşə var.
Bundan əlavə, “Samsung Electronics” müştərilərdən elektron tullantıları toplamaq üçün ABŞ, Braziliya və İspaniya da daxil olmaqla 34 ölkədəki təmir mərkəzlərində işlənmiş cib telefonları və aksesuarları üçün toplama qutuları quraşdırıb. 2030-cu ilə qədər bu şəbəkənin təxminən 180 ölkəyə genişləndirilməsi planlaşdırılır.

Azərbaycanda rəsmi satış avqustun 14-də başlayıb. Məhsulu “Samsung Electronics”in rəsmi distribütorları olan “Kontakt”, “Baku Electronics”, “İrşad”, “Soliton”, “Maxi.az”, “World-Telecom” və “Samsung” mağazasından əldə etmək olar.
Avqustun 14-dən sentyabrın 15-dək dövrü əhatə edən ilkin satışlara xüsusi təklif ilə başlanılacaq: “Galaxy Z Flip5” alan hər bir müştəri hədiyyə olaraq “Galaxy Buds2”, “Galaxy Z Fold5” alanlar isə “Galaxy Watch5 Pro” əldə edəcəklər.
