Güc, zəriflik və multifunksionallıq. “Galaxy Z Flip4” ilə işləməyə reaksiyanız necə olacaq?
Hər bir smartfon istifadəçisinin üstünlük verdiyi funksiyalar, özəlliklər və öz dəyər miqyası var. “Samsung Galaxy Z Flip4”ə gəlincə, onun çoxfunksiyalı, zahirən zərif və içəridən çox güclü olduğunu söyləmək kifayətdir.
Satışa çıxdıqdan 4 ay sonra yeni “Galaxy Z Flip” modeli haqqında nə bilirik?
“Qatlanan” kateqoriyasındakı bir çox digər “qardaşları”ndan fərqli olaraq, “Galaxy Z Flip4” 200.000 qat üçün nəzərdə tutulub ki, bu da təxminən 5-6 il fasiləsiz xidmət deməkdir.
“Galaxy Z Flip4”, ən son Corning® Gorilla® Glass Victus®+ və menteşəni qorumaq üçün ən möhkəm Armor Aluminium çərçivəyə malik “Samsung”un ən davamlı qatlanabilən smartfonudur.
“Galaxy Z Flip4” ilə əlləriniz həmişə boş olacaq. Fərqli bucaqlardan fotoşəkillər çəkin, canlı yayımlar açın, izləyiciləriniz və dostlarınızla söhbət edin, ən xoş anları yadda saxlayın. Tam sərbəst əllərlə.
Əsas kamerada gecə rejimi ilə axşamlar daha parlaq olur. Geniş bucaqlı kameranın böyüdülmüş pikselləri sayəsində təfərrüat indi qaranlıqda belə görünür. Gecə rejimi təkcə fotoşəkillər üçün deyil, həm də videolarla əla işləyir.
Kadrda çox hərəkət olduqda belə, videolar hamar və sabitdir. Smartfonun gücü super “Night Solution” texnologiyasına səs-küyü minimuma endirməyə imkan verir, beləliklə, videolar hətta gecənin qaranlığında belə aydın qalır.
“Galaxy Z Flip4” ilə çəkilmiş fotoşəkillərə isə siz belə bir reaksiya verəcəksiniz:

“Galaxy Z Flip4” smartfonlarını Azərbaycandakı “Samsung” rəsmi distribütorlarından ala bilərsiniz.
Məhsul haqqında ətraflı məlumat almaq üçün www.samsung.com/az saytına daxil olun.

