“Gulfstream Distribution” şirkəti 2022-ci ilin yekunlarını 9 dekabr tarixində “Fairmont Baku Flame Towers” hotelində təntənəli qala-gecə təşkil etməklə yekunlaşdırıb.
“Gulfstream Distribution” Azərbaycan bazarında kompüter və rəqəmsal avadanlıqlar, kompleks infrastruktur üçün proqram təminatı və təhlükəsizlik sahəsində bulud həlləri kimi distribütor seqmentlərini uğurla inkişaf etdirən ən böyük İT distribütordur. Hazırda şirkətin portfelində tədbirin sponsorlarından olan “Huawei”, “Cisco”, “Dell Technologies”, “Lenovo”, “Canon”, “Hikvision”, “Samsung” kimi dünya nəhəngləri ilə yanaşı, 25-dən çox brend mövcuddur.
İlin yekun tədbirinə şirkətin tərəfdaşları dəvət olunublar. Ümumilikdə təntənəli tədbirdə 150-dən çox qonaq, o cümlədən distribütoru “Gulfstream Distribution” olan vendorların rəsmi nümayəndələri də iştirak ediblər.
Qala-gecə zamanı şirkət ötən ilin yekunlarına əsasən, tərəfdaşlarına “Multihəllər üzrə ekspert”, “Rəqəmsal çevrilmə sahəsində ən yaxşı tərəfdaş”, “İlin servis üzrə tərəfdaşı”, “Pərakəndə ticarət sahəsində ilin ən yaxşı satıcısı” və s. kimi müxtəlif nominasiyalarda mükafatlar təqdim edib.
Tədbirdə çıxış edən vendorların nümayəndələri şirkətlə işlərini bundan sonra da 2023-cü ilin əsas İT yeniliklərinin Azərbaycanda distribüsiyasını məhz ona etibar edərək daha da genişləndirilmiş formatda davam etdirəcəklərini vurğulayıb, “Gulfstream Distribution” ilə bu əməkdaşlıq ilinin də uğurlu keçdiyini bildiriblər.
Qeyd edək ki, qala-gecənin qonaqları həmçinin xüsusi stendlərdə “Gulfstream Distribution”in distribütoru olduğu çoxsaylı məhsullarla tanış olmaq, bu və ya digər İT həll haqqında detallı peşəkar məlumat almaq imkanına malik idilər.
İlin uğurlu nəticələrini yekunlaşdıran “Gulfstream Distribution” şirkətinin nümayəndələri gələn il də üstün müştəri dəstəyi ilə birlikdə bazarlara innovativ məhsul və həlləri çıxarmaqla informasiya texnologiyaları standartlarını və regionda yaşayış səviyyəsini yüksəltməyə davam edəcəklərini qeyd ediblər.
Şirkətin fəaliyyəti haqqında sizi maraqlandıran bütün məlumatları 051 201 40 20 nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.
Rəsmi sayt - http://www.gulfstream.az/
Sosial şəbəkələr – “Facebook”, “Instagram”, “LinkedIn”