Mayın 24-də Bakıda “Gulfstream Distribution” şirkətinin tərəfdaşları, istehsalçı şirkətlər və müştəriləri ilə illik görüşü keçirilib.
Şirkətin yaradılmasının ildönümünə həsr olunan görüş səmimi və mehriban şəraitdə keçib. Tədbir iştirakçıları şirkətin bu il üçün planları ilə tanış olmaq, İT bazarın cari tendensiyalarını və inkişafını müzakirə etmək imkanı əldə ediblər.
Görüş tədbir çərçivəsində keçirilən əyləncə ilə də yaddaşlarda qalıb - qonaqlar maraqlı müsabiqələrdə, viktorinalarda iştirak edib və qiymətli hədiyyələr qazanıblar.
Tədbirdə çıxış edən “Gulfstream Distribution” şirkətinin direktoru Adil Əliyev qeyd edib ki, son görüşdən keçən bir il ərzində şirkətin tərəfdaşlarının sayı ikiqat artıb.
O, şirkətin naliyyətlərindən, həmçinin şirkətin inkişafı üzrə planlardan danışıb. A.Əliyev qeyd edib ki, çox qısa zaman ərzində “Gulfstream Distribution” bazarın lideri səviyyəsinə çatmasının başlıca səbəbləri komandanın yüksək peşəkarlığı, vendorlara və tərəfdaşlara göstərilən diqqət və göstərilən xidmətin keyfiyyətidir.
Şirkət başçısı vurğulayıb ki, “Gulfstream Distribution” bundan sonra da yüksək korporativ standartlara riayət etməyə və yerli İT bazarının inkişafı üçün işləməyə davam edəcək.
Daha sonra təqdimatla “Həllər” şöbəsinin (Solutions Divisions) meneceri Emin Həsənov çıxış edib. O, başçılıq etdiyi şöbənin işləri və əldə etdiyi uğurları barədə danışıb.
E.Həsənov onu da qeyd edib ki, şirkət 2018-ci ildə “Huawei” şirkətinin yeganə eksklyuziv distribyutoru olub, bu il isə ona Azərbaycanda fəaliyyətini genişləndirməkdə dəstək olacaq. Həmçinin, şirkət birlikdə bir neçə böyük layihə həyata keçirdiyi “DellEMC”-in distribyutoru olub.
Ötən il şirkət mükafatlarının sayını artıraraq “CISCO Systems” şirkətinin Azərbaycanda və Mərkəzi Asiyada ən yaxşı distribyutoru seçilib.
Daha bir təqdimatla “Volume Distribution Division” meneceri Ziya Qasımov çıxış edib. O, “Gulfstream Distribution” yeni layihələri, b2b və b2c seqmentlərdəki işlərdən danışıb və müştəriləri şirkətin təqdim edə biləcəyi logistik həllərlə tanış edib. Həmçinin Ziya Qasımov ötən ildə “Acer”, “Canon”, “Plantronics”, “Nec” və digər istehsalçılarla birlkidə həyata keçirdiyi işlərdən də söz edib.
Qeyd edək ki, “Gulfstream Distribution” şirkəti - Azərbaycan bazarında olan ən iri İT distribyutorudur. Şirkət kompüter və rəqəmsal texnika, mürəkkəb infrastrukturlar üçün proqram təminatı və təhlükəsizlik sahəsində bulud həlləri kimi distribusiya seqmentlərini uğurla inkişaf etdirir. Hazırda şirkət “Cisco”, “Dell EMC”, “Huawei”, “Acer”, “Canon” kimi 25 brendlə əməkdaşlıq edir.