“HELL Energi Azərbaycan”ın marketinq komandası 14 fevral – Sevgililər Günü ilə bağlı sosial şəbəkələrdə yeni kampaniyaya start verib.
Azərbaycanda bir çox layihələrin əsas tərəfdaşı olan “HELL Enerji” bu dəfə sosial şəbəkələrdəki gənclər üçün öz imkanlarını səfərbər edir.
Heç şüphəsiz, cütlüklərin çoxu “Sevgililər Günü”nü necə qeyd edəcəkləri barədə planlar qurur, kimisi sevgilisinə, həyat yoldaşına sürpriz etməyi düşünür. Ancaq maddi imkanların azlığı bu ideyaların illərdir gerçəkləşməsinə əngəl yaradır.
Bu il isə tam fərqli olacaq. Bu il siz sevdiyiniz insanla istədiyiniz ideyanı gerçəkləşdirə biləcəksiniz. “Bəs hesabı kim ödəyəcək?” deyə düşünməyin. Siz 14 fevral günü yeyin, için, sevdiyiniz insana sevginizi etiraf edin. “Hell Enerji” sizin hesabınızı ödəyəcək.
Bunun üçün, sadəcə, öz şəxsi “Facebook” hesabınızda “Sevgililər Günü”nü necə keçirmək istədiyinizi yazın. Maksimum 500 AZN-ə qədər olan xərclərinizi qeyd edin. İstəyinizin sonunda yalnız #hellenergylove yazmaqla siz yarışmamızın iştirakçısı olmağa haqq qazanırsınız.
Yarışmamızın qalibi isə “Random.org” portalı vasitəsilə seçiləcək. Qalibin kimliyi isə 10 fevral tarixində açıqlanacaq.
14 fevralı gözləyin. Bütün planlarınızı reallaşdırmaq komandamızın sehirli əllərindədir.
Elə isə başladıq!
Kampaniya ilə bağlı bütün yenilikləri buradan izləyə bilərsiniz: www.facebook.com/hellenergyaz
