May ayın 5-i paytaxtda sayca dördüncü dəfə “Bakı Marafonu” təşkil edildi. Xeyriyyəçilik aksiyasına qatılmaq üçün 22.320 şəxs qeydiyyatdan keçib. “Bakı Marafonu” hər il rəsmi şəxsləri, ictimai xadimləri, məşhur idmançıları, sıravi vətəndaşları və əlbəttə ki, paytaxtın çoxsaylı qonaqlarını birləşdirən ənənəyə çevrilir. Bu il “Herbalife Nutrition” (“Balanslaşdırılmış qida”) komandası da marafona qatıldı.
Şirkət artıq uzun müddətdir ki, özünü balanslaşdırılmış bəslənmə üzrə ekspert kimi tanıdıb. Yaşıl rəngli köynəklərlə marafona qatılan “Herbalife” komandası digər iştirakçılarla birlikdə Dövlət Bayraq Meydanından başlayaraq, Bakı Olimpiya Stadionuna qədər olan 21 kilometr məsafəni həvəslə qaçdılar. “Bakı Marafonu” təşkilatçıları ötən il olduğu kimi bu il də fiziki imkanları məhdud olan şəxslərə starta ilk çıxma imkanı yaratdılar.
“Biz bura qalib olmaq üçün gəlməmişik, göstəricilər bizim üçün önəmli deyil, əsas odur ki, biz bu tədbirin bir hissəsi olaq. Düşünürəm ki, bunun öhdəsindən yaxşı gəldik. “Herbalife Nutrition” həmişə birlik, dostluq nümunəsi göstərir”, - deyə komanda üzvlərindən biri bildirib.
“Bakı Marafonu” və “Herbalife Nutrition” şirkətini bir araya gətirən ortaq nöqtə sağlam həyat tərzininin təşviqidir. Ölkəmiz çalışır ki, sağlam həyat tərzini təşviq edən idman hadisələri kütləvi hal alsın.
“Herbalife Nutrition” şirkəti haqqında:
“Herbalife” sağlam həyat tərzi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət 1980-ci ildə Los-Ancelesdə təsis edilib və bu gün “Herbalife” məhsulları dünyanın 90-dan çox ölkəsində müstəqil tərəfdaşlar tərəfindən satılır.
“Herbalife” artıq çəki və qeyri-sağlam qidalanmaya qarşı mübarizə aparır, bunun üçün yüksək keyfiyyətli məhsullar yaradır. Balanslaşdırılmış qidalanma sahəsində fərdi yanaşma tətbiq edən şirkət müştərilərinin sağlam qidalanma, çəkiyə nəzarət və sağlam həyat tərzi sürmələri üçün uyğun atmosfer yaradır.
Bu gün şirkətin dünya üzrə 8 mindən çox işçisi var. Şirkətin səhmləri “Nyu-York Fond Birjası”nda (“NYSE: HLF”) satılır və şirkətin xalis satışları 2015-ci ildə 4,5 milyard dollar təşkil edib. Daha ətraflı məlumat üçün Herbalife.com və ya IAmHerbalife.com səhifəsinə daxil olub müraciət edə bilərsiniz.