Mayın 11-də qlobal texnologiya brendi “HONOR”, “Four Seasons Hotel Baku”da texnologiyaya yeni insan mərkəzli yanaşması olan “Tech to Inspire”ı təqdim etdi.
“HONOR” tədbiri Azərbaycanda moda və mədəniyyət jurnalı çərçivəsindən kənara çıxan, mədəni və sosial yönümlü jurnala çevrilmiş, bir çox mühüm təşkilatları və Azərbaycanın gələcəyinə töhfə verən təşəbbüsləri dəstəkləyən “NARGİS” jurnalı ilə birgə keçirdi. Tədbir zamanı “HONOR” ən son flaqman modeli olan “HONOR” “Magic5 Pro”nu təqdim etdi.
Bu, bütün dünyada istifadəçilər üçün əsl flaqman smartfon təcrübəsi yaşadan uğurlu “HONOR” “Magic Series”in ən son iterasiyasıdır. Və bu, Azərbaycanda satışa çıxan ilk “Magic Series” modelidir. Tədbir həm də xeyriyyə xarakteri daşıyıb, “NARGIS” jurnalının komandası “HONOR” “Magic5 Pro” smartfonu ilə 10 şəkil çəkərək qonaqlara təqdim edərək satışa çıxarıb. Əsərlərin satışından toplanan bütün vəsait ehtiyacı olan uşaqlar üçün “NARGIS” Fonduna köçürüldü.
“HONOR”un Azərbaycan üzrə icraçı direktoru Şon Mao bildirib:
“Müştərilərin real ehtiyaclarını qarşılamağa sadiq olan “HONOR”, hər kəsin gündəlik həyatını yaxşılaşdırmaq üçün intuitiv texnoloji həllər təklif edərək məhsul innovasiyasına insan mərkəzli yanaşmanı mənimsəyir. Ən sonuncu, hərtərəfli flaqman cihazımız “HONOR” “Magic5 Pro”, hamı üçün daha ağıllı həyat təmin etmək missiyamıza uyğun olaraq, smartfon istifadəçi təcrübəsinin bütün aspektlərində sənaye meyarlarını irəli sürür.”
Yeni Ekran Parlaqlığını Artırma Texnologiyalı “HONOR” “Magic5” 1800 nit-ə qədər parlaqlıq səviyyəsi ilə hətta parlaq günəş işığı altında belə aydın görüntülər təqdim edir. Əlavə olaraq, LTPO displeyləri təkmilləşdirilmiş yuxu keyfiyyəti üçün innovativ göz rahatlığı xüsusiyyətlərində 2160Hz Pulse Width Modulation (PWM) Dimming texnologiyası və Circadian Gecə Ekranı ilə gəlir. Qeyri-adi displeyi ilə “HONOR” “Magic5 Pro” DXOMARK “Smartphone Display Renking”də 151 bal ilə 1-ci yeri tutub.
Misilsiz foto təcrübəsi gətirən “HONOR” “Magic5 Pro” 50MP Geniş və 50MP Ultra Geniş Kamera, həm də 50MP Telefoto Kamerasından ibarət güclü Üçlü Əsas Kamera birləşməsinə malikdir. “HONOR” “Magic5 Pro”, həm də ilk dəfə yepyeni “Millisecond Falcon Capture” alqoritmini təqdim edir. Bundan əlavə, “HONOR” “Magic5”, sıçrayışın zirvəsindəki kadrı son dərəcə yüksək dəqiqliklə çəkə bilən “AI Motion Sensing Capture” funksiyasına da malikdir. “HONOR” “Magic5 Pro” Sİ təchiz edilərək təkmilləşdirilmiş “HONOR” “Image Engine” və güclü “Star Wheel Triple Camera” kombinasiyası ilə 152 bal toplayıb DXOMARK “Smartphone Camera Renking”də 1-ci mövqe tutan ilk smartfon olub.
“HONOR” “Magic5 Pro” ən son “Snapdragon® 8 Gen 2” Mobil Platforması ilə təchiz edilib və Android 13 əsasında ən son “MagicOS” 7.1 əməliyyat sistemi ilə işləyir. 66W Simli və 50W Simsiz “HONOR” “SuperCharge”ni dəstəkləyən “HONOR” “Magic5 Pro” tam 5100 mAh tutumlu, fasiləsiz istifadəylə təmin edən super böyük batareyaya malikdir.
Rəng, Qiymət və Əlçatanlıq
“HONOR” “Magic5 Pro” təbiətin möcüzəsindən ilhamlanaraq Qara və Çəmən yaşılı rənglərində mövcuddur. “HONOR” “Magic5 Pro” mayın 18-dək, öncədən sifariş edilən zaman 3 hədiyyə təqdim olunacaq: “HONOR” “Watch GS” 3 ağıllı saatı, “CHOICE Earbuds X3” simsiz qulaqlığı və orijinal premium telefon qabı. “HONOR” “Magic5 Pro”nun (12GB+512GB) qiyməti 2499,99 manat təşkil edəcək. Rəsmi satış mayın 19-dan başlaycaq, iyunun 4-nə qədər smartfonu alan hər kəsə “HONOR” “Watch GS 3” və orijinal premium telefon qabı hədiyyə olunacaq.