“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri “Auto Azerbaijan” şirkəti müştərilərinin çoxsaylı istəklərini nəzərə alaraq, SUV avtomobillərini əhatə edən “Yeni il müjdəsi” kampaniyasını yanvarın 30-dək davam etdirir.
“Auto Azerbaijan” şirkətindən daha öncə verilən məlumata əsasən, kampaniyanın yenilənmiş “Tucson”, tam yeni “Santa Fe”, tam yeni “Palisade” və “Creta” modellərini əhatə etdiyi bildirilmişdi.
Kampaniya dövründə Hyundai SUV modellərinə sahiblənən hər kəsə sürpiz hədiyyələr vəd olunur. Kampaniyanın bütün Rəsmi “Hyundai” diler mərkəzlərində keçərli olduğu bildirilib.
Ətraflı məlumat üçün: Hyundai.az
Əlaqə nömrəsi: (012) 989