Gənclər və İdman Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası, “Gaming League Azerbaijan”nın təşkilatçılığı ilə şəhid övladları “Bizon Esports Arena”da qonaq olub.
“İdman həftəsi” çərçivəsində baş tutan tədbirdə şəhid övladları kiber idmanın müxtəlif oyunlarında özlərini qeymer kimi sınayıb.
Maraqlı anlarla yadda qalan tədbirin sonunda uşaqlara “Park Cinema” və “Teas Press”dən xatirə hədiyyələri təqdim olunub.