“Baku Marriott Hotel Boulevard”ın konfrans zalında restoran, kafe, “fastfood” biznesinizin müasir intellektual onlayn idarə olunması üçün iiko proqram təminatının imkanlarına dair seminar keçirilib.
iiko-nun Azərbaycandakı rəsmi dileri olan “OPTİMA GROUP” şirkətinin bu sahə üzrə sertifikatlı professional mütəxəssisləri və iiko şirkətinin nümayəndələri ilə birlikdə intellektual uçot sisteminin yeni imkanları: “bulud” üzərindən onlayn formada alışlar və inventarizasiya proseslərinin idarə edilməsi, satışların planlaşdırılması və proqnozlaşdırılması, sistem bildirişləri, analitika və hesabatlar, bonus və loyallıq sistemi, anbar uçotu və hesabatların qurulması haqqında məlumat veriblər. Seminarda biznesə yeni baxışın və biznesin gəlirliyini artırmaq üçün onun yeni üsullarla idarə olunmasının nə dərəcədə önəmli olması haqqında danışılıb. Bundan əlavə seminarın gedişatı zamanı restoran və mağaza sahibləri bu sahədə öz problemlərini bölüşüb, seminar mütəxəssislərinə suallarını yönəldiblər. Seminar iştirakçılara hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.
Seminar iştirakçıları “Optima Şirkətlər Qrupu”na təşkilatçılıq üçün dərin təşəkkürlərini bildiriblər və gələcəkdə bu formatda tədbirlərin təşkil olunmasını arzulayıblar.
“OPTIMA’’ şirkətinin əsası 2003-cü ildə qurulub. Şirkət yarandığı vaxtdan Azərbaycan İKT bazarında, daim yeniliklər tətbiq etməyi özünə missiya olaraq qoyub.
“OPTİMA GROUP” – “We do What We Love” (biz sevdiyimiz işi görürük) şüarı ilə aktiv olan şirkət, qısa zaman ərzində Azərbaycan İT bazarında və biznes avtomatlaşdırma həlləri verən şirkətlərdən birinə çevrilərək, regionda B2C, B2B, B2G istiqamətlərində işlər görür. Biznesin müxtəlif sahələrində pərakəndə ticarət, ictimai-iaşə, anbar və logistika, müəssisələrinin kompleks təchizatı və istehsalın avtomatlaşdırılması, mühasibatlığı və s. sahələrdə bu gün lider mövqelərdən birini tutur. Bu gün şirkət müştərilərə biznes mövqeyini möhkəmləndirməyə imkan verən müasir avadanlıq, şirkətin və xarici istehsalçıların proqram təminatını təklif edir.
İxtisaslaşmış heyət, müştərilərlə iş əsnasında keyfiyyətin yüksək standartı, 19 illik iş təcrübəsi – bütün bunlar “OPTİMA GROUP” şirkətinin əsas dəyərləridir.
“OPTIMA” şirkətlər qrupunun 2020-ci ildən etibarən Azərbaycanda rəsmi tərəfdaşı və əsas fəaliyyət istiqamətlərindən biri olan - restoranların, kafelərin, barların və digər iaşə formatlarının avtomatlaşdırılması tapşırıqları üçün iiko onlayn restoran idarəetmə sistemini təklif edir. iiko restoran biznesinin kassa aparatını, anbarı, işçi heyətini, mətbəxi, maliyyəni, hesabatı - hamısını vahid sistemdə avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış ERP sinif sistemidir.