Yolsuzluq və status avtomobili “Jeep” və gücü simvolizə edən “Dodge” avtomobil markalarının Azərbaycandakı rəsmi nümayəndəsi “Avtolüks Azərbaycan”MMC şirkəti yay kampaniyasına start verib.
Yay ayları boyunca davam edəcək kampaniyadan faydalanan alıcılar əlverişli fürsətlərdən faydalanacaq. Belə ki, “Avtolüks Azərbaycan” salonlarından avtomobil alan hər kəs böyük endirim əldə edəcək. Əlavə olaraq, həmin şəxslərə 3 il və ya 80.000 kilometrədək dövri texniki servis hədiyyə olunacaq.
Bu hələ son deyil. Alıcılar bu avtomobillərə illik 12 faizdən başlayan kreditlə də sahib ola bilərlər.
Hər iki avtomobilin texniki göstəriciləri haqda qısa məlumat versək, onu deyə bilərik ki, “Jeep Grand Cherokee” öz sinfinin ən yaxşı 4X4 imkanı və eksklüziv texnologiyası ilə bütün rəqiblərini kölgədə qoyur. Onun aerodinamik eksteryeri avtomobilə dinamik stil bəxş edir.
3.2-litr Pentastar V-6 mühərriki isə “Cherokee”yə yolsuzluqda rəqibi olmadığını bir daha sübut edir. “Dodge Durango”ya gəldikdə isə, az öncə də qeyd etdiyimiz kimi avtomobil birbaşa olaraq “güc”ü təmsil edir. Onun yeddi nəfərlik geniş salonu geniş bir ailə avtomobili olmasından xəbər verir.
Əlavə olaraq, V-8 mühərrikə sahib avtomobilin gücü isə 245 at gücü təşkil edir.
Qeyd edək ki, “Avtolüks Azərbaycan”dan aldığımız məlumata görə, avtomobillərin sayı məhduddur. Əgər siz də “Jeep”in “Grand Cherokee” və “Dodge”un “Durango” modellərinin həvəskarısınızsa, tələsib yay kampaniyasından faydalana bilərsiniz. Ətraflı məlumatı Ü.Hacıbəyov 57 və ya Aşıq Molla Cümə 42B ünvanlarında yerləşən “Avtolüks Azərbaycan” salonlarından və ya 983 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
https://www.autolux-azerbaijan.com/
