Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kibercinayətlə necə mübarizə aparmalı? - Mikro kredit bazarının lideri "Azpulmat"dan tövsiyələr
Bu yaxınlarda hüquq-mühafizə orqanları tərəfindən kibercinayətkarlığa qarşı növbəti uğurlu əməliyyat keçirilib. Belə ki, 2000-ci il təvəllüdlü paytaxt sakini Sənan Abbasov sərhədi keçmək istəyərkən saxlanılıb. O, "TikTok" sosial şəbəkəsində bank olmayan kredit təşkilatlarının adlarına oxşar saxta səhifələr yaradıb, vətəndaşların etibarından və maliyyə həssaslığından istifadə edərək, onları aldadıb. Müxtəlif metodlardan istifadə edən Sənan Abbasov ümumilikdə 200 nəfəri aldadaraq 350 000 manatdan çox pul mənimsəyib. Hüquq-mühafizə orqanları cinayətlərin bütün detallarını açaraq müvafiq tədbirlər həyata keçiriblər. Bu hadisə bizə müasir fırıldaqçıların nə qədər təhlükəli olduqlarını, həmçinin öz pulumuzu və şəxsi məlumatlarımızı qorumağın nə qədər vacib olduğunu göstərir.
Bəs necə edək ki, bu cür fırıldaqçıların qurbanına çevrilməyək? Hazırda ölkəmizdə mikrokredit bazarının lideri sayılan Bank olmayan kredit təşkilatı (BOKT) "Azpul" MMC-nin kibertəhlükəsizlik üzrə ekspertinin mövzu ilə bağlı bəzi tövsiyələri var.
Şübhəli təkliflərdən ehtiyat edin!
"İlk növbədə, naməlum şəxslərdən gələn cəlbedici təkliflərdən çəkinin. Dələduzlar tez-tez şəxsi məlumatlarınızı əldə etmək üçün diqqətçəkən təkliflər edirlər. Unutmayın ki, pulsuz pendir yalnız tələdə olur. Əgər sizə kreditlərin rəsmiləşdirilməsi, limitlərin artırılması, faiz dərəcəsinin azaldılması və ya gecikmə tarixçəsinin silinməsi ilə bağlı kömək təklifi olunursa, əmin olun ki, bu, dələduzluq halıdır!
Yadda saxlayın:
• Kreditiniz kənar şəxslər tərəfindən tam və ya qismən ödənilə bilməz.
• Faiz dərəcəsi heç bir müraciət əsasında azaldıla bilməz.
• Limit süni şəkildə qaldırıla bilməz.
• Gecikmə haqqında tarixçə üçüncü şəxslərin istəyi ilə silinə bilməz.
Saxta sorğulardan uzaq olun!
Rəsmi maliyyə qurumları və dövlət idarələrinin nümayəndələri mesajlaşma vasitəsilə sizdən linkə keçid etməyi və ya şəxsi məlumatlarınızı təqdim etməyinizi istəyə bilməz. Şübhəli hallarda məlumatları yalnız rəsmi kanallar vasitəsilə yoxlayın.
Məlumatlarınızı qoruyun!
• Məlumatlarınızı yaxınlarınıza belə ötürməyin, çünki dələduzlar müxtəlif proqram təminatlarından istifadə edərək sizin tanışlarınızın adından saxta mesajlar yaza bilərlər.
• Şübhəli linklərə keçid etməyin. Belə linklərə keçid edərək, özünüzü xəbəriniz olmadan cinayətkarların qurbanına çevirə bilərsiniz.
• Hesablarınıza əlavə təhlükəsizlik girişi təmin etmək üçün ikifaktorlu kimlik doğrulamasından istifadə edin. Bu, dələduzların işini xeyli çətinləşdirən əlavə təhlükəsizlik tədbiridir.
• Şifrələrinizin mürəkkəb olmasına diqqət yetirin. Şifrələrdə hərflər, rəqəmlər və xüsusi simvolların kombinasiyalarından istifadə edin.
Bank məlumatlarına diqqətli yanaşın!
• SMS mesajlarından əldə etdiyiniz birdəfəlik kodları digər şəxslərə ötürməyin. Bu kodlar sizin maliyyə təhlükəsizliyinizin açarıdır.
• Kart məlumatlarınızı alış-veriş saytlarında qeydiyyatdan keçirməyin.
• Qeyri-rəsmi və lisenziyasız tətbiqləri yükləməyin, çünki onlar zərərli proqram təminatı daşıya bilər.
Şübhə yarandıqda dərhal tədbirlər görün!
Əgər dələduzluq qurbanı olduğunuzu hiss edirsinizsə, dərhal hüquq-mühafizə orqanlarına, bankınızın və ya bank olmayan kredit təşkilatının çağrı mərkəzinə müraciət edin. Unutmayın ki, kibercinayətkarları aşkar etmək çox çətindir, çünki dələduzlar əldə etdikləri vəsaitlərlə ölkə xaricində kriptovalyuta alışı edirlər".
BOKT "Azpul" MMC ölkənin mikro kredit bazarının lideri hesab olunur. Xidmətlərimiz haqqında daha ətraflı məlumat əldə etmək üçün azpul.az saytı və sosial şəbəkələrdəki rəsmi səhifələrimizi izləyin. Əlaqə üçün 1670 müştəri xidmətləri mərkəzi ilə də əlaqə saxlaya bilərsiniz.
Şirkət Azərbaycan Respublikasının Mərkəzi Bankının 18 sentyabr 2020-ci il tarixli BKT-34 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Rəylər