Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Kontakt"ın "Axşam Bazarı"nda 60%-dək endirimlər olacaq: YALNIZ 1 GÜN
"Kontakt" mağazalarında bir axşam olur ki, bütün qiymətlər kökündən dəyişir. Şəbəkənin çoxdandır gözlənən bu meqaendirimli "Axşam Bazarı" kampaniyası mayın 31-i düz 10 mağazada təşkil olunacaq.
Axşam saat 21:00-dan gecə 00:00-dək "Kontakt"ın:
- "İnşaatçılar metrosu";
- "Ukrayna dairəsi";
- "Azadlıq metrosu";
- "Sumqayıt 10-cu mikrorayon";
- "Gəncə Grand Qafqaz" mağazalarında,
Saat 19:00-dan 22:00-dək isə "Quba", "Mingəçevir", "Lənkəran", "Göyçay", "Şəmkir" mağazalarında çoxdan almağı planladığınız məhsullar nağd alışda 60%-dək endirimləri ilə gecənin qaranlığında sizə gəl-gəl deyəcək.
Bu 3 saat ərzində, sadəcə qiymətlər deyil, alış-verişin özü də fərqli olacaq. Çünki burada ən sevdiyiniz məhsulları alarkən endirimli qiyməti düz 6 aya bölərək hissə-hissə ödəmə imkanı da sizə verilir.
Həmin axşam oyaq qalanlar:
· Baza və yataq mexanizmli "Senta" divanını indi 500 yox, 230 manata;
· 20-30 kvadratmetr sahəni əhatə edən "Hoffmann" kondisionerini 640 yox, sadəcə 460 manata;
· 140 sm diaqonallı, 4K görüntülü və smart texnologiyalı "Hisense" televizorunu 1560 deyil, cəmi 900 manata;
· 256 Gb yaddaşlı, 2 sim kartlı, super amoled displeyli "Samsung Galaxy A25" smartfonunu 700 yox, 500 manata
· 6 kq tutumu olan "Samsung" paltaryuyanını isə ödənişsiz çatdırılma və quraşdırılma ilə 1000 yox, 650 manata almaqla, həm özlərini, həm də ciblərini sevindirəcək.
O axşam hələ yüzlərlə belə endirimlər və xüsusi təkliflərlə dolu olacaq. Odur ki, arzular siyahınızı hazırlayın, saatınızı qurun və mayın 31-i "Axşam Bazarı"nda yerinizi alın.
Sizə yaxın olan ünvanı buradan tapa bilərsiniz.