“Kontakt” mağazalarında axşam düşdü, fürsət yetişdi. Şəbəkə Yeni il hədiyyələrinizi 60%-dək endirimlərlə ala bilməyiniz üçün ilin son “Axşam Bazarı”nı elan edir.
Yalnız dekabrın 22-i, axşam saat 21:00-dan gecə 00:00-dək istədiyiniz məhsulu arzuladığınız qiymətlərlə alıb, üstəlik endirimli qiyməti 6 aya bölə biləcəksiniz.
Beləliklə cəmi 3 saat ərzində şəbəkənin:
- “Ukrayna” dairəsi;
- “İnşaatçılar” metro stansiyası;
- Sumqayıt Sülh küçəsi;
- “Gəncə Grand Qafqaz” mağazalarında ilin son “Axşam Bazarı” sizi gözləyir.
İndi isə ən yaxşı təkliflərin bəzilərini qarşılayın:
- 2000 Vt gücü olan, keramik altlıqlı “Philips” ütüsünü 50% endirimlə cəmi 50 manata;
- 7 parçalı, daxili və xarici örtüyü qranit olan “Taç Stone” qazan dəstini 50% endirimlə cəmi 100 manata;
- 4,1 litr tutumlu “Philips” fritozunu 64% endirimlə cəmi 200 manata;
- 8 kiloqramlıq, invertor “Samsung” paltaryuyanını 53% endirimlə cəmi 700 manata;
- 128 GB yaddaşlı “Oppo A58” smartfonunu 18% endirimlə cəmi 450 manata;
- 6 günədək işləmə müddəti olan “KIESLECT Calling” smart-saatını isə 53% endirimlə cəmi 80 manata ala bilərsiniz.
Odur ki, ilin son “Axşam Bazarı”nı vaxtında dəyərləndirmək üçün yuxarıdakı mağazalardan birinə mütləq yaxınlaşın. Sizə yaxın olan ünvanı buradan tapa bilərsiniz.