“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında fantastika, triller, savaş janrında olan “Labirintdə qaçan: Ölüm əleyhinə dərman” filminin premyera öncəsi nümayişi keçirilib.
Oxu.Az xəbər verir ki, ekran işi tamaşaçılar tərəfindən sevilən “Labirintdə qaçan” məşhur trilogiyanın final hissədir.
Baş qəhrəmanlar yenə bir çox təhlükəli sınaqlardan keçmək məcburiyyətindədirlər.
Filmin rejissoru Ues Bolldur. Baş rolları Valton Qoqgins, Keya Skodelario, Dayln Obrayn ifa edirlər.
Ekran əsərində hadisələr ölümcül labirintlə bağlıdır. Belə ki, Tomas sonuncu və təhlükəli missiyanı yerinə yetirmək üçün qleyderlər ordusuna başçılıq edir. Dostlarının xilası üçün onlar əfsanəvi Sonuncu şəhərə, Porok tərəfindən idarə olunan ölümcül labirintə daxil olmalıdır. Orada sağ qalan hər kəs labirintə düşən andan qleyderlərə əziyyət verən bütün suallara cavab tapacaq.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.