“Lenovo” süni intellekt (Sİ) infrastrukturundan iki milyard dollardan çox illik rekord gəlir əldə etdiyini açıqlayıb. Şirkət, həmçinin dünya üzrə müəssisələr üçün süni intellektin tətbiqini sürətləndirmək məqsədilə üç il ərzində bir milyard dollarlıq əlavə sərmayə nəzərdə tutan strategiyanı təqdim edib.
Əlavə sərmayələr çərçivəsində şirkət “Lenovo AI Innovators” proqramının inkişafı üçün 100 milyon dollar ayıracaq. Bütün sahələr üzrə müştəriləri uyğunlaşdırılmış, yoxlanılmış və tətbiq olunmağa hazır Sİ həlləri ilə (kompüter görmə, səs tanıma, proqnozlaşdırma, təhlükəsizlik və virtual köməkçilər daxil olmaqla) təmin etmək üçün “Lenovo AI Innovators” proqramı 150-dən çox hazır həllər ilə sənayedə aparıcı ISV tərəfdaşlarının ekosistemini özündə cəmləşdirir.
Süni intellektə əsaslanan həllər sayəsində “Lenovo” müştərilərə məlumatları daha yaxşı analiz etməyə və onların dəyərini anlamağa kömək edir. Bu, sahibkarlara öz bizneslərini diqqətlə proqnozlaşdırılmış nəticələr əsasında transformasiya etmək imkanı verir. Belə ki, Sİ həlləri pərakəndə satış müəssisələrinə, restoran və mehmanxana bizneslərinə front-end və back-end əməliyyatlarına yenidən nəzər yetirməyə, xidmət keyfiyyətini artırmağa, tullantıları azaltmağa, kadr çatışmazlığını aradan qaldırmağa şərait yaradır. Müəssisələr isə sözügedən həllər sayəsində geniş proqnozlaşdırma ilə planlaşdırılmamış dayanma müddətini 14 günə qədər azalda, həmçinin istehsal xəttində kompüter görmə, prediktiv analitika və vizual defektoskopiya texnologiyaları ilə müştəri davranışını anlaya və prosesləri optimallaşdıra bilərlər.
“Lenovo” tam xidmət provayderi olaraq “TruScale” platforması vasitəsilə süni intellekt həllərini və infrastrukturunu təklif edir. Bu yanaşma dövlət və özəl təşkilatlara istənilən sahədə rəqəmsal transformasiya layihələrini həyata keçirmək üçün “Lenovo TruScale HPC” və Sİ-nin bütün imkanlarına çıxış yaradır.
Böyük verilənlərdə Sİ-nin tətbiqi
Dünyada məlumatların həcmi həndəsi silsilə ilə artdığı üçün kənardakı hesablamaları məlumat mərkəzlərindəki hesablamalarla analoji yerinə yetirən yeni nəsil infrastruktur texnologiyaları Sİ-nin imkanlarının genişləndirilməsində həlledici rol oynayırlar. Nəzərə alsaq ki, getdikcə daha çox korporativ məlumatlar data mərkəzindən kənarda emal edilir, “Lenovo” kənar obyektlərin infrastrukturunun məhsuldarlığını təmin edərək Sİ-nin iş yükünə dəstək göstərməyə çalışır.
Hazırda “Lenovo”nun infrastruktur portfelinə 70-dən çox məhsul daxildir, o cümlədən istənilən Sİ tapşırığını yerinə yetirmək üçün xüsusi uyğunlaşdırılmış server platformaları: “ThinkEdge SE360 V2”, “ThinkEdge SE350 V2” və “ThinkSystem SR675 V3”. “Lenovo” istənilən mühitdə məlumatlarla işləmək üçün yoxlamadan keçmiş və optimallaşdırılmış həllər təklif edir. Bu həllər toplusu Sİ-nin tətbiqini asanlaşdırır, onu bütün ölçülü təşkilatlar üçün əlçatan edir və bütün sənayelərdə transformasiyaya şərait yaradır.