Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Li Auto" ilk "City showroom"unu açdı və əsas mərkəzin açılış tarixi bəlli oldu
"Li Auto" brendinin Azərbaycanda yeganə rəsmi idxalçısı olan "Efendiler Group" şirkəti öz şəhər şourumunu avtomobilsevərlərə təqdim edib. Media nümayəndələri və tanınmış şəxslərin iştirakı ilə keçən tədbirdə brendin Azərbaycandakı fəaliyyəti, təqdim olunan model cərgəsi və gələcək planları ilə bağlı məlumat verilib.
"Efendiler Group"un icraçı direktoru Amal Əlili öz çıxışında "Li Auto" sevənlərinə yeni müjdə verib:
"Hazırda olduğumuz şourum ikincidərəcəli satış mərkəzi əhəmiyyəti daşıyır. Buradan bütün "Li Auto" sevənlərə xoş bir xəbər vermək istəyirəm, təxminən avqust ayının sonlarında Babək prospekti 37 ünvanında inşa olunan "Li Auto"nun yeni satış mərkəzi avtomobilsevərlərin istifadəsinə veriləcək. Mərkəzin yalnız sərgi hissəsi 1 000 kvadratmetr civarında olacaq".
Rəsmi servis mərkəzi Babək prospekti, 35K ünvanında yerləşir və artıq bir aydır ki, fəaliyyət göstərir, böyük və təcrübəli komanda ilə həftənin altı günü müştərilərin xidmətindədir.
Şəhər şourumu Aşıq Molla Cümə küçəsi 44B. ünvanında yerləşir. Hal-hazırda müştərilər üçün dörd il və ya 100 000 kilometr rəsmi zəmanəti olan, 42 000 dollardan başlayan qiymətlər ilə "L6", 48 000 dollardan başlayaraq "L7" və 63 500 dollardan başlayaraq "L9" modelləri təqdim olunur.
Yaxın gələcəkdə model cərgəsinin genişləndirilməsi planlaşdırılır və "Li i8", eləcə də "Li Mega" modelləri kimi yeni nəsil avtomobillərin təqdimatı olacaq.
Müştərilər öncədən avtomobili bron edə və servis üçün qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.
Ünvan: Aşıq Molla Cümə, 44B.
Əlaqə: *2299
